Zərdab rayonunda hazırlanan bir çox mürəbbələr sən demə, can dərmanı imiş. www.zerdab.com saytı mütəxəssislərlə söhbətləşib həmin mürəbbələrin faydalarını öyrənib. İlk olaraq həmin mürəbbələrdən ikisinin faydalarından bəhs edəcəyik.
Heyva mürəbbəsinin faydaları:
– Mədə-bağırsaq sistemini gücləndirir.
– Süd vəzisi xəstəliklərinə qarşı faydalıdır.
– Qanı təmizləyir.
– Aritmiyanı aradan qaldırır.
– Ağciyər xəstəliklərinə qarşı faydalıdır.
– Öskürəyi kəsir.
– Sümüklərin inkişafına kömək edir.
– İshalın qarşısını alır.
– Qaraciyərin fəaliyyətini artırır.
– Stresi aradan qaldırır.
Armud mürəbbəsinin faydaları:
– Mədə-bağırsaq sistemini gücləndirir.
– Həzmi asanlaşdırır.
– Böyrəklərin fəaliyyətini nizamlayır.
– Böyrək daşlarının və qumlarının tökülməsinə kömək edir.
– Sidikqovucudur.
– Qanı təmizləyir.
– Qanazlığına qarşı faydalıdır.
– Sakitləşdirici təsirə malikdir.
– Yüksək təzyiqi aşağı salır.
– Yorğunluğu aradan qaldırır (xüsusilə də beyin yorğunluğunu).