Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev rayon sakini Şəfəq Səfərəliyevanın onun ünvanına səsləndirdiyi ittihamla aydınlıq gətirib.
O, AzNews.az-a açıqlamasında bildirib ki, deyilənlərin heç bir əsası yoxdur: “O, həbsdən tam çıxmayıb. Əgər çıxıbsa da mən onu görməmişəm. İcra başçısı hansısa bir texniki işçi ilə üzləşməz. Yəqin ki, bu böhtanlarına görə o, ikinci dəfə yenə də məhkəməyə qarşısına çıxacaq. Əgər o, belə bir açıqlama ilə çıxış edibsə, mən onu məhkəməyə verəcəyəm”.
L. Babayev onu da qeyd edib ki, əgər Ş. Səfərəliyevanın dedikləri həqiqətdirsə, o zaman məhkəməyə müraciət eləsin: “Məni versin məhkəməyə”.
Xatırladaq ki, 1 il 17 gün həbsdə qaldıqdan sonra Apellyasiya Məhkəməsinin qərarıyla azadlığa çıxan Şəfəq Şəfərəliyeva Zərdab Rayon İcra Hakimiyyətinin başçısı L. Babayevin ünvanına ağır ittihamlar ittihamlar səsləndirib. O, AzNews.az-ın redaksiyasına gələrək, BİLDİRİB ki, rayon icra başçısı L.Babayev tərəfindən yenə də təqib olunur.
Xatırladaq ki, 2012-ci ildə Zərdab rayon icra hakimi L.Babayevin 50 yaşlı Ş.Səfərəliyevaya təcavüz etmək istəməsi ilə bağlı məlumatlar yayılmışdı. Ş.Səfərəliyeva icra başçısını əxlaqla bir araya sığmayan əməllərdə ittiham etmişdi. Daha sonra L.Babayev Yasamal rayon məhkəməsinə müraciət edərək Ş.Səfərəliyevanın ona böhtan atdığını bildirmişdi. Ş.Səfərəliyeva məhkəmədə bütün faktları təqdim etsə də, hakim onun barəsində 4 il 6 ay müddətinə həbs qərarı çıxarmışdı.
Bahar RÜSTƏMLİ
AzNews.az