Siləyli kəndi

0
172
Yuxarı Seyidlər Siləyli

Siləyli kəndi Zərdab rayon mərkəzindən 34 kilometr  şimal-qərbdə, Qarasu çayının  (Türyançayın) sahilində yerləşir. Siləylidə bir vaxtlar heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostançılıq inkişaf etmişdir.
Kənddə orta məktəb, klub, kitabxana, və s. var. Qəbələ rayonunda da Siləyli adlı kənd var və bir zamanlar Siləyli sakinləri  yayı Qəbələdəki, qışı Zərdabdakı kəndlərdə keçirmişlər. Sonralar oturaq həyat keçirmələri ilə əlaqədar əhalinin  bir hissəsi Zərdab, bir hissəsi isə Qəbələ Siləylisində daimi məskunlaşmışdır.

Ərazisi 998,77 hektar.
Əhalisi 500 nəfər.