Dövlət Komitəsi: “Etik davranış qaydaları pozulub…”

0
132
Zərdab rayon icra hakimiyyəti

2015-ci ildə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 83 intizam tənbeh tədbiri təhlil olunub. APA-nın xəbərinə görə, bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabatında qeyd olunub.

“Təhlil zamanı müəyyən olunub ki, Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) üzrə 12, Salyan RİH üzrə 11, Şamaxı RİH üzrə 10, Zərdab RİH üzrə 7, Biləsuvar RİH üzrə 6, Ucar RİH üzrə 6, Daşkəsən RİH üzrə 5, Masallı RİH üzrə 5, Abşeron RİH üzrə 3, Zaqatala RİH üzrə 3, Şabran RİH üzrə 3, Beyləqan RİH üzrə 2, Lənkəran RİH üzrə 2, Qax RİH üzrə 1, Füzuli RİH üzrə 1, Binəqədi RİH üzrə 1, Qazax RİH üzrə 1, Yardımlı RİH üzrə 1, Qəbələ RİH üzrə 1, Ağdaş RİH üzrə 1, Qobustan RİH üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib” – deyə hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, Astara RİH, Ağdam RİH, Ağsu RİH, Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı Şəhəri Xətai RİH, Bakı Şəhəri Nərimanov RİH, Bakı Şəhəri Nəsimi RİH, Bakı Şəhəri Sabunçu RİH, Bakı Şəhəri Səbail RİH, Bakı Şəhəri Xəzər RİH, Bakı Şəhəri Yasamal RİH, Balakən RİH, Cəbrayıl RİH, Cəlilabad RİH, Gədəbəy RİH, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhəri Nizami RİH, Goranboy RİH, Göyçay RİH, Göygöl RİH, Qubadlı RİH, Kürdəmir RİH, Kəlbəcər RİH, Lerik RİH, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər İcra Hakimiyyəti, Saatlı RİH, Sabirabad RİH, Samux RİH, Siyəzən RİH, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şəki Şəhər İcra Hakimiyyəti, Şuşa RİH, Tərtər RİH, Xaçmaz RİH, Xızı RİH, Xocavənd RİH, Zəngilan RİH tərəfindən intizam tənbeh tədbiri tətbiq edilməyib: “Bakı Şəhəri Nizami RİH, Bakı Şəhəri Pirallahı RİH, Bakı Şəhəri Suraxanı RİH, Bakı Şəhəri Qaradağ RİH, Bərdə RİH, İmişli RİH, İsmayıllı RİH, Gəncə Şəhəri Kəpəz RİH, Quba RİH, Qusar RİH, Neftçala RİH, Şəmkir RİH, Şirvan Şəhər İcra Hakimiyyəti, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən göndərilən cavab məktublarında intizam tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi barədə məlumat göstərilməyib. Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 83 intizam tənbeh tədbirindən 72-i töhmət, 11-i – dövlət qulluğundan azad edilmə olub”.

Qeyd edək ki, ötən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq olunub.