Abdullayev Samir Namizəd oğlu 1969-cu ildə Zərdab şəhərində anadan olmuşdu. Zərdab şəhər 1 saylı orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunmuşdu. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşı idi, fəal polis işçisi kimi Qarabağ müharibəsində iştirak edirdi. 1991-ci il iyunun 17-də Kəlbəcər yaylağında – Sarıyerdə gedən döyüşdə qəhrəmanlıqla şəhid olmuşdur. Abdullayev Samir Namizəd oğlu Qarabağ uğrunda döyüşlərin ilk Zərdablı şəhididir. Allah rəhmət eləsin.
Qeyd edək ki, Samir Abdullayevin qardaşı Azər Abdullayev də Qarabağ müharibəsinin iştirakçısıdır. Polkovnik Azər Abdullayev hazırda Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Katiblik İdarəsinin rəsidir.