Keçmiş deputat Zərdaba kitab göndərdi

0
56

Səyyad Salahlının ədəbiyyata qayğısı təqdirəlayiqdir.

Bu sözləri tanınmış tərcüməçi Sevil Gültən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının Zərdab rayon Mərkəzi Kitabxanasına kitab bağışlaması haqda Axar.az-a danışarkən deyib. Sevil Gültən digər ziyalıları da belə bir addım atmağa dəvət edib:

“Səyyad müəllim Zərdab rayon Mərkəzi Kitabxanasına xeyli kitab bağışladı. Siyahıda nəfis tərtibatda hazırlanmış miniatür Quran və başqa dini kitablarla yanaşı, mənim tərcüməmdə nəşr olunmuş Jojo Moesin “1+1” və Robin Şarmanın “Ferrarisini satan rahib” əsərləri də var.

Bildiyiniz kimi, Səyyad müəllim əvvəllər Zərdab rayonunun millət vəkili olub. İstərdim ki, digər millət vəkilləri, ziyalılar da belə mötəbər işə imza atıb, kitabxanalarımızı zənginləşdirsinlər”.