Cəmiyyəti gəmirən xəstəlik: qeybət

0
63
Bir insanın qüsurları arxasınca danışıldığı zaman, əgər həmin insan bunu eşidəndə xoşuna gəlməyəcəksə, danışılan mövzu doğru olsa belə, qeybət sayılır. Eşidəndə insanın narahat olacağı bir sözü də üzə demək günah sayılır. Sözü üstüörtülü, əl işarələri ilə, yazı ilə bildirmək də danışmaq kimi qeybətə aiddir.
Qeybətdən necə qurtulmaq olar?

– Qeybətin zərərlərini düşünmək lazımdır. Qeybət edənin savablarının azalacağını, edilənin isə günahlarının edənə yüklənəcəyini düşünmək insanı qeybətdən uzaqlaşdıra bilər.

– Qeybət bu dünyada da insanın alnına qara ləkədir. Çünki belələrinə qeybətçi deyirlər.

– İnsan incidiyi və ya xoşuna gəlməyən adamı pisləməyə çalışır, qeybətini edir. Başqasına hirslənib, özünü cəhənnəmə atmağın axmaqlıq olduğunu bilən qeybət etməz. İnsan qeybət etməklə, qarşı tərəfə yox, özünü fəlakətə atmış olur.

– Bəzən insanlar tərəfindən xoş görünmək, güldürmək üçün qeybət edilir. İnsanları məmnun edərək, Allahın xoşuna gəlməyən işi görmək çox böyük səhvdir.

– Qeybət edən təriflənməyi, hər kəsin onun haqda danışmasını istəyir. Bu baxımdan özünü “gözə soxmaq” üçün müxtəlif yollara əl atır. Məsələn, “filankəs çox çətin adamdır” deyir. Bu o deməkdir ki, mən rahat adamam. Səxavətli olduğunu bildirmək üçün, “filankəs çox xəsisdir” deyilir. Əgər bu cür qeybət edəni dinləyən ağıllı adamdırsa, özünü tərifləyən adama dəyər verməməlidir.

– Başqaları haqqında danışaraq qüsur axtaran adam öz qüsurlarını görə bilmir. Halbuki öz qüsurları ilə məşğul olan başqalarının qüsurlarına vaxt tapa bilməz…