Zərdabda mağazanın damına bayraq çəkilməsi marağa səbəb olub

0
47

Zərdab rayonunda ticarət obyektinin dam örtüyü Azərbaycan bayrağının rənglərinə bürünüb. İki ay müddətinə başa gələn bu iş yerli ustalar tərəfindən həyata keçirilib. Üst örtüyünün işlənməsi üçün zəruri olan materiallar isə paytaxt Bakıdan gətirilib. İndi ticarət obyektinin üzərindəki Azərbaycan bayrağı təsviri kənardan da insanların diqqətini çəkir. Elə məqsəd də rayona gələn qonaqların diqqətini Azərbaycanın dövlət rəmzinə yönəltməkdir.

“Qıraqdan turistlər yaxınlaşır və bunun haqqında bizdən sorğu-sual edirlər. Ən azından biz də bundan fərəh hissi keçiririk. Çünki bizim bayrağımız dövlət atributumuzdur. Bu bizim üçün də fəxrdir”, – deyə Zərdab rayon sakini Orxan Rəcəbzadə bildirib.