Zərdabın İsaqbağı kənd camaatından nümunəvi addım

0
67

Zərdab rayonunun İsaqbağı kənd camaatı öz təşəbbüsləri ilə iməcilik keçiriblər. Bu barədə kənd sakini Samir Rəhimov məlumat verib. Onun sözlərinə görə, kənd qəbiristanlığında təşkil olunan ümumkənd iməciliyində bütün könüllülər iştirak ediblər: “İş günü olmadığından kənd sakinləri, kəndin ziyalıları, kənd ağsaqqalları, kəndə istirahətə qayıtmış tələblər, Rusiyada yaşayan kəndlilərimiz fəal iştirak ediblər. Kənd qəbiristanlığı hər zaman kəndin imkanlı və imanlı adamlarının təşəbbüsü ilə təmiz saxlanılır və qorunur. Zərdabda, bəlkədə regionda yeganə qəbristanlıqdır ki, hər tərəfi abadlaşdırılıb, yol, su və işıq çəkilib. Bütün gecəni işıqlandırılır. Bundan başqa, qəbiristanlığa 1941-1945-ci illərdə müharibəyə getmiş və qayıtmamış kənd sakinlərinin xatirə lövhəsi vurulub. Bütün görülən işlərə görə əsas təşəbbüskarlar və icraçılar olan kəndimizin ən sevilən ziyalıları – Hacı Fikrət İsmayılova və iş adamı Elman Fərəcova və bütün əməyi keçən insanlara bütün sakinlər adından minnətdarlıq edirik. Abadlıq, təmizlik imandan gəlir. Allah hamımıza imanlı olmağı nəsib etsin”.

Nicatİsaqbağı kəndiİsaqbağı kəndi