İlk Zərdablı prokuror: Faiq Seyid oğlu Allahverdiyev

0
103
Faiq Seyid oglu Allahverdiyev

Allahverdiyev Faiq Seyid oğlu 1923-cü ildə Zərdab kəndində (indiki Zərdab şəhəri) anadan olub. 19 yaşında müharibəyə gedib. 1947-ci ilə qədər orduda xidmət edib. Böyük Vətən müharibəsində igidliklə vuruşub, yaralanaraq III dərəcəli əlil olub. Ordudan tərxis olunandan sonra 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, uzun illər ədliyyə orqanlarında çalışmış, məhkəmə hakimi, Respublika Ali Məhkəməsinin üzvü seçilmişdir.

1967-ci ildən Azərbaycan Prokurorluğunda şöbə müdiri, sonralar respublika prokurorunun baş köməkçisi vəzifələrində çalışmışdır. Müxtəlif illərdə Şamaxı Rayon Prokuroru, Bakı Şəhər Prokurorluğunun şöbə rəisi, respublika prokurorluğunun böyük prokuroru vəzifələrində işləyib.

Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Prokurorluğun fəxri işçisi kimi yüksək adlara layiq görülüb. Faiq Allahverdiyev ilk zərdablı prokuror kimi rayonumuzun tarixinə düşüb.

Prokurorluğun Fəxri İşçisi, Baş Ədliyyə Müşaviri Allahverdiyev Faiq Seyid oğlu
29 İyul 2017-ci il tarixində vəfat edib.