Narkotik ticarətində ittiham olunan Zərdab rayon sakinləri – Zaur Həsənov və Mübariz Qabilovun məhkəməsi başa çatıb. Təqsirləndirilən şəxslər 2011-ci il fevralın 17-də Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulublar. Onlardan külli miqdarda marixuana götürülüb. Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər – Zaur Həsənov 5 il 6 ay və Mübariz Qabilov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.