Zərdabın mədəniyyət işçilərindən maaş açıqlaması: “Noyabr və dekabr ayları…”

0
47

Xəbər verdiyimiz kimi, Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsində işçilərin maaşlarını ala bilməmələri ilə bağlı son günlər mətbuatda bir sıra xəbərlər dolaşır. Xəbərlərdə Zərdab rayonunda bu şöbədə çalışan 500-dən çox işçinin 3 aydan çoxdur maaşlarını ala bilməmələri iddia olunur. Bu barədə Zerdab.com saytında da istinadən xəbər dərc olunmuşdu. Xəbər saytımızda yayımlanandan sonra Zərdabda bu şöbədə çalışan işçilərdən bəziləri münasibət bildiriblər. Onlar maaşlarını 3 aydır ala bilməmələri barədə xəbərlərin real olmadığını deyiblər: “Noyabr ayının maaşı verilməyib. Noyabrın 30–u verilməli idi, hələ verilməyib. Əgər bu ayın sonuna qədər verilməsə, 2 ay olacaq ki, maaşımız verilmir”.

Qeyd edək ki, Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsində çalışanların maaşlarının müəyyən ad və bəhanələrlə kəsildiyi deyilir. Məsələn, saytımıza açıqlama verən şəxslərdən biri sonuncu dəfə maaşlarından 25 manat tutulduğunu deyib.

Onu da bildirək ki, bu xəbər Zerdab.com saytının “facebook” səhifəsində yayımlanandan sonra oxucular tərəfindən də bu xəbərə şərhlər yazılıb. Həmin şərhləri olduğu kimi təqdim edirik:

Nicat Elmanoglu: “Düzdü, 2 aydır maaş yoxdur”.

Safar Şirinov: “Bu məlumat yalnisdir noyabr ayinin maasin almiyiblar. Tək Zərdabda yox, basqa rayonlardada belədir vəziyyət”.

Nise Abdullayeva: “Aha, düzdür”.

Alim Ehmedov: “Melumat tamamile dogudur. Noyabir ayinin maasini vermeyibler”.