Zərdab Rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət Şöbəsində 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi. Tədbir Azərbaycanın dövlət himni ilə başladı və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Nailə Əliyeva açaraq, Azərbaycan xalqının müdrik oğlu, dahi siyasətçi, dünya şöhrətli lider Heydər Əliyevin respublikamızın müstəqilliyinin bərpası və qorunub saxlanılması istiqamətində gördüyü işlər, apardığı siyasətdən danışdı.
Tədbir “Xalqa bağışlanan ömür” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi. Aparıcılar Bahar Fətəliyeva və Leyla Eldarzadə vurğuladılar ki, Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatından 12 il keçir. Ürəyi daim xalq, Vətən üçün döyünən ulu öndərin parlaq ideyaları bu gün də yaşayır, xoşbəxt gələcəyə gedən yolumuza işıq saçır.
Tədbirdə 2 və 3 saylı orta məktəbin şagirdləri Maral Mirzəyeva, Məleykə və Həsən Zərdabi, Nəzrin Hacızadə, Aysu və Xeyransa İsayevalar söylədiyi şeirlərlə ulu öndərə olan böyük məhəbbətlərini göstərdilər.
Tədbir iştirakçıları “Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Memarıdır” adlı sərgi ilə tanış oldu və kitabxananın rəssamı Esmira Mirzəyevanın ulu ödərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi əl işlərinə baxış keçirildi.