1898-ci ildə İtaliyada doğulan Enzo Ferrari adi bir dəmirçinin oğlu idi. Anadan şikəst doğulduğu üçün çox çətinliklə yeriyirdi. O vaxtlar Enzo bir avtomobil təmirxanasında təmirçi işləyirdi. Şikəst olduğu üçün iş yoldaşları həmişə onu ələ salırdılar. Üstəlik, onu adı ilə çağırmır, bir şey lazım olanda “Çolaq onu gətir!”, “Çolaq bunu apar!” deyirdilər. Yoldaşları boş vaxtlarında təmirxanadakı maşınlarla yarışa çıxırdılar. Ancaq Enzo şikəst olduğu üçün bu yarışlarda iştirak edə bilmirdi. O, yoldaşlarına qibtə ilə tamaşa edir, onlar kimi ola bilmədiyi üçün məyus olurdu. Bir gün evdə anası ilə söhbət edəndə bunu anasına da dedi. Anasının oğluna cavabı isə belə idi: “Oğlum! Uğur qazanmaq üçün heç vaxt tələsmə. Əgər bir şeydə uğur qazana bilmirsənsə, özünü başqa bir şeydə sına”. Anasının bu sözləri Enzonun ağlına batdı. O gecə yatağında öz-özünə: “Madam ki, mən maşın sürə bilmirəm, madam ki, mənim yarışda iştirak etmək imkanım yoxdur, onda mən də dünyanın ən sürətli maşınını icad edəcəyəm”, – dedi. Enzo Ferrari bu böyük xəyalını həyata keçirəndə 1920-ci li idi və onda Enzonun cəmi 22 yaşı var idi. İştirak etdiyi Böyük Siciliya Yarışlarında “Əlil maşını” ilə (çünki bu maşını o özü sürürdü) birinci olması hamını heyrətə gətirdi. Bundan sonra iştirak etdiyi bütün yarışlarda da o həmişə rəqibsiz idi. Hətta İtaliyanın o vaxtkı lideri Benito Mussolini Ferrarini 30 yaşında ölkənin ən böyük mükafatına təqdim etmişdi. Sonra Enzo Ferrari düz bir il öz emalatxanasından çıxmadı və o dövrün ən sürətli avtomobilini icad etdi. 1946-ci ildə istehsal etdiyi “Ferrari Formula – 1” isə dünyanın ilk ciddi yarış avtomobili idi. 1980-ci ildə 82 yaşında son dünya çempionluğunu qazandıqdan sonra Ferrari xüsusi idman avtomobillərinin istehsalına keçdi. Bu gün də Ferrarinin istehsal etdiyi avtomobillər bir əfsanə kimi yollarda öz “hakimiyyətini” davam etdirməkdədir. Əslində maşın sürə bilməyən bir adamın dünyanın ən sürətli maşınını icad etməsi bizə bu dərsi verirdi: “Hər şey inanmaqdan başlayır”… |