Bu günlərdə Zərdab rayonunda gözündə və görmə qabiliyyətində qüsuru olan 100 nəfərin gözü müayinə və müalicə edilib. Bundan əlavə, 31 nəfər xəstə gözündən əməliyyat olunub. www.zerdab.com saytının xəbərinə görə, xoşməramlı aksiya tibb elmləri doktoru, professor Çingiz Cərullazadənin rəhbərliyi ilə 5 nəfərdən ibarət həkim briqadası tərəfindən həyata keçirilib.
Aksiya çərçivəsində 10 nəfər şəhid və Qarabağ əlili ailəsi üzvlərinin gözləri pulsuz əməliyyat olunub. Qeyd edək ki, bu cür xeyriyyə tədbirləri rayonumuzda artıq 4-cü ildir ki, keçirilir.
www.zerdab.com