Zərdab rayon Çallı kənd sakini Məmmədov Fəfhad Ağarza oğlu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Enerjetika naziri cənab Natiq Əliyevə, Azəriqaz ASC-in sədri Baba Rzayeva müraciət edib.
Məktubu təqdim edirik: “Ucar şəhərində qeydiyyatda olsam da doğulub boya-başa çatdığım və 36 il yaşadığım Zərdab rayon Callı kəndindən torpaq alıb ev tikmişəm. Bu evimin enerji ilə təmin olunması üçün Zərdab rayon Elektrik Şəbəkəsinə müraciət etdim. Evimə enerji çəkilişi üçün texniki şərt də almışam. Enerji çəkilişi üçün məndən 666 manat pul istəyirlər. Lahiyə smeta şöbəsi bunu texniki şöbənin etdiyini bildirir. Texniki şöbənin Cavid adlı işçisinə narazılığımı bildirdikdə o mənə dedi ki, ev tikiməyə pul tapırsan, amma işıq çəkdirmək üçün pul vermək istəmirsən. Pulun yoxdursa, işıq da yoxdur, get hara deyirsən de. Bu pulu ödəməsən sənə işıq çəkilməyəcək. Mən bu pulu hansı əsasla tələb etdiyini soruşduqda mənə EEİQ-nın 7.9 maddəsini göstərdilər. Cənab prezident, EEİQ-haqqında qanunda yazılmışdır ki, enerji təchizatı müəssəsi ilə istehlakçı arasında hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu (elektrik enerjisinin ötürülməsi və paylanması üçün lazım olan avadanlıqlar) enerji müəssəsi tərəfindən təmin olunur. Mən “Azərişıq”ın texniki şöbəsinin rəhbəri Qədir müəllimlə görüşmək istəsəm də şöbənin işçiləri buna imkan vermədilər. Cənab prezident, mən sizin humanistliyinizə inanıram. Amma texniki şöbənin Cavid adlı işçisiylə Zərdab EŞ-nin Pərviz adlı baş mühəndisi mənə qarşı etdikləri qanunsuzluqlarla Zərdab rayonunda əhaili arasında sizə qarşı narazılıqlar yaradırlar. Vətəndaşlar işıq cəkilməyi ilə bağlı müraciətlər edəndə isə onlara müxtəlif cür qiymətlər oxuyurlar. Bu “Azərişıq”ın texniki şöbəsinin işçisi Cavid müəllim enerji ilə bağlı ona müraciət edənlərlə bazarkom kimi danışır, rayon EŞ-nin baş mühəndisi isə lahiyə smeta üçün verilən ölçünü ölçəndə metrəsiz ayaq sayı ilə olçür. Deyir, mənim metrəm ayağımdır. Siz məmurlara bizə xidmət göstərməyi, qanunla bizim huquqlarımızı qorumağı, vətəndaşları incitməməyi deyirsiniz. Amma “Azərişıq”ın texniki şöbəsinin Cavid adlı işçısı və Zərdab rayon EŞ-nin baş mühəndisi Pərvizlə birləşərək bizim cibimizi soymaqla məşguldurlar. Cənab prezident, mən köməyi sizdən istəyirəm ki, dövlətimizə və sizin hakimiyyətinizə kölgə salan insanların çirkin niyyətlərinin qarşısını alasınız”.