Zərdabda qaliblər açıqlandı, diplom və hədiyyələr verildi

0
34

Zerdab3Konstitusiya Günü, eyni zamanda dövlət atributlarının təbliği məqsədi ilə uşaqlar və yeniyetmələr arasında dövlət himninin qiraəti üzrə müsabiqə, həmçinin Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında taekvando idman növü üzrə Zərdab rayon birinciliyi keçirildi.
Müsabiqədə İsaqbağı kənd tam orta məktəbinin xor kollektivi I yeri, şəhər 2 saylı tam orta məktəbin IX sinif şagirdi Maral Mirzəyeva II yeri, Gəlmə kənd tam orta məktəbinin VII sinif şagirdi Sultanə Nəcifzadə III yeri tutdu.
Birincilikdə isə müxtəlif çəki dərəcələri üzrə Harun Soltanov, Mirtofiq Qubadov, Rüfət Məmmədli, Əsgər Zərbəliyev, Samir İsmayılov, Sənan Həmidov, Teymur Əsədov, Nail Bilalzadə qalib oldu.
Müsabiqə və birinciliyin qaliblərinə Zərdab rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim olundu.

Zerdab.comZerdab8Zerdab9Zerdab7Zerdab6Zerdab5Zerdab4Zerdab2Zerdab1Zerdab