APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun 242-ci kilometrliyində, Ucar rayonu ərazisində qeydə alınıb. Zərdabrayon sakini Natiq Əsgərovun idarə etdiyi 90 AU 278 dövlət nömrə nişanlı “Fiat” markalı minik maşını ilə, Goranboy rayon sakini Arzu Fətəliyevin idarə etdiyi 10 MX 476 dövlət nömrə nişanlı çınqıl daşı ilə yüklənmiş “Kamaz” markalı yük maşını toqquşub.
Nəticədə, yük maşını yolun hərəkət hissəsinə aşıb. Sürücü isə aldığı xəsarətlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisəyə səbəb minik maşınının “Kamaz” markalı yük maşınının qarşısına çıxması olub.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.