Jalə Əliyevaya Zərdab-Ucar seçki dairəsindən 10 min 854 səs verilib

0
44

Jalə Əliyeva
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 1-də V çağırış Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib.

Məzahir Pənahov deyib ki, 5547 məntəqənin hamısında səsvermə vaxtında – səhər saat 8-də başlayıb və axşam saat 19-da başa çatıb. Ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni, 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu, ötən parlament seçkiləri ilə müqayisədə təxminən 6 faiz çoxdur.

Bütün dairələrdə səsvermə baş tutub. Məntəqələrdə yüzlərlə müşahidəçi və KİV nümayəndəsi səsvermənin gedişini izləyib və işıqlandırıb. Kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycanın müxtəlif bölgələrindən səsvermənin gedişini işıqlandırmaqla yanaşı, çoxsaylı müşahidəçilərdən müsahibələr də alıblar. Məntəqələrdə quraşdırılmış veb-kameralar görüntüləri fasiləsiz olaraq yayıb.

Sonra Məzahir Pənahov seçkilərin ilkin nəticələrinə görə liderlik edən namizədlərin siyahısını diqqətə çatdırıb.

Komissiyanın məlumatına görə, 92 saylı Zərdab-Ucar seçki dairəsindən Əliyeva Jalə Fazil qızı 51,2 faiz səs toplayıb. Jalə Əliyevaya Zərdab-Ucar seçki dairəsindən 10 min 854 səs verilib.

MSK sədri Azərbaycan xalqını şəffaf, ədalətli və demokratik seçkilər münasibətilə təbrik edib.

Zerdab.com