“Allah rizası” dedikdə nə anlaşılır?

0
48
kainat“Allah rizası” dini terminlərdə ən çox işlənən ifadələrdən biri, bəlkə də birincisidir.
Dini ədəbiyyatda yazılır ki, müsəlmanın bütün əməlləri Allah rizasına uyğun olmalıdır. Demək, Allah rizası bir növ həyatın anlamı, bizim üçün ən ali niyyət olmalıdır.

Bəzi mənbələr “Allah rizası” ifadəsinin yerinə “Allaha xatir” və ya “Allah xatirinə” yazırlar.

Bəzi mənbələr isə bu ifadəni daha da açaraq, “Allah rizasını qazanmaq üçün” şəklində işlədirlər.

Mövzu o qədər həssas, o qədər incədir ki, bir söz deyəndə ifadənin ehtiva elədiyi fikir yükünü mümkün olduğu qədər saxlamağa və ya fikirdən yayınmamağa çalışırsan.

“Riza” sözü “razılıq”la eyni kökdən gəlir, həm də icazə mənasında razılıq yox, məmnunluq, xoşnudluq mənasında razılıq nəzərdə tutulur.

“Allah rizası üçün” deyildiyində də “Allahı məmnun etmək, xoşnud etmək” kimi mənalar ön planda tutulur. Bəndənin Allahı məmnun etməsi isə, heç şübhəsiz, Onun əmrlərini yerinə yetirməklə, yasaqlarından uzaq durmaqla mümkündür.

Səndən çox şey istəyə bilərlər, hər kəs də öz istəyinin önünə “Allah rizası üçün” yapışdıra bilər. Amma sən düşünməlisən, sənin səndən istənən işi yerinə yetirməyin Allahın buyruqlarına uyğundur, ya yox. Əgər uyğun görmürsə, o işi yerinə yetirməyin Allahın əmrlərinə uyğun deyilsə, Allah rizasına uyğun olan seçim ondan imtina etməkdir.

Müsəlmanın bütün əməlləri Allah rizasına uyğun olmalıdır deyildikdə o başa düşülür ki, müsəlman hər addımını Allahın istəyinə, Quranda buyruqlarına uyğun atmalıdır ki, Onu məmnun, xoşnud edə, yəni Onun rizasını qazana bilsin