Zərdab Rayon İcra Hakimiyyətində aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan məktəblilərə məktəbli geyimlərinin və dərs ləvazimatlarının verilməsinə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cLütvəli Babayev iştirak və çıxış edib. Öncə dərs ilinin başlanması münasibətilə məktəbliləri və valideynləri bir daha təbrik edən icra başçısı, onlara yeni tədris ilində uğurlar arzulayıb. İcra başçısı ölkə Prezidentinin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi qayğıdan söhbət açıb.
Sonra 192 nəfər aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan uşaqlara məktəbli geyimləri və dərs ləvazimatları verilib. Qeyd olunub ki, əvvəlki illərdə də bu kateqoriyadan olan uşaqlara geyimlərin və dərs ləvazimatlarının verilməsi təmin edilib. Belə ki, 2013-cü ildə 202, 2014-cü ildə isə 180 nəfər aztəminatlı və imtiyazlı ailələrdən olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları paylanıb.
Yığıncaqda çıxış edən məktəblilər və valideynlər onlara göstərilən qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.