Zərdab şəhər 1 saylı məktəb-liseydə valideynlərlə görüş

0
54

Zərdab şəhər 1 saylı məktəb-lisey

Həsən bəy Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseydə oxuyan şagirdlərin valideynləri ilə görüş keçirilib. Məktəbdən Zerdab.com saytına verilən məlumata görə, görüş səmimi münasibətlər zəminində təşkil olunub. Belə ki, valideyn məktəb əlaqəsi, müəllim-valideyn münasibətləri, həm müəllimlərin, həm valideynlərin üzləşdikləri çətinliklər və bu zaman necə etməli olmaları, günün tələbləri səviyyəsində işi necə qurmalı və s. mövzularda müzakirələr aparılıb. Məsələlər ətrafında məktəbin direktor əvəzi Pirəli Əliyev, məktəbin tədris işləri üzrə direktor müavinləri Xalidə Babayeva və Səliqə İsmayılova, məktəb qızlar şurasının sədri Zemfira Eyvazova, məktəbin psixoloqu Kifayət İmanova, ibtidai sinif müəllimi, əməkdar müəllim Sara Sultanova çıxış edərək valideynləri və müəllimləri narahat edən məsələlər barədə müzakirələr aparıblar. Qeyd olunub ki, valideynlər məktəblə, müəllimlərlə əlaqəni daha da genişləndirsinlər, müştərək iş prosesində gələcəyin gənc mütəxəssislərinin formalaşmasında birgə əmək sərf etsinlər. Xüsusilə, valideyn komitələrinin işlərində irəliləyişlər olsun.

Valideyn Coşqun Xəlilov bu barədə çıxış edərək iradların haqlı olduğunu deyib. O, xüsusilə yeniyetmə şagirdlərlə birgə iş aparılmasında zəif əlaqəyə toxunub. Bütün valideynləri və müəllimləri birgə iş qurmağa səsləyib.

Zerdab.comZərdab şəhər 1 saylı məktəb-liseyZərdab şəhər 1 saylı məktəb-liseyZərdab şəhər 1 saylı məktəb-liseyZərdab şəhər 1 saylı məktəb-lisey