Zərdabda Dövlət Müstəqilliyi Günü qeyd olundu

0
46

Zərdab rayonuZərdab rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, daha sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olmuşdur.

Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününün tarixi haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilmiş, Ali Sovetin həmin ilin 18 oktyabr tarixli sessiyasında isə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilmişdir.

Yığıncaqda çıxış edənlər qeyd etmişlər ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindəndir. Bütün bunlar müstəqil Azərbaycanın tarixi nailiyyətləridir. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. Bizim də əsas vəzifəmiz bu tarixi nailiyyəti qoruyub saxlamaq, daha da gücləndirməkdir.

Zərdab Rayon İcra HakimiyyətiZərdab rayonuZərdab rayonuZərdab rayonu