Zərdabda Müstəqillik Günü ilə bağlı tədbir keçirildi

0
56

Zərdab rayonu     18 oktyabr 1991–ci ildə Azərbaycan xalqı öz əzmi, iradəsi, mübarizliyi ilə necə bir xalq olduğunu sübut etdi. Müstəqilliyimizin 24 illiyi ilə əlaqədar 15 oktyabr 2015-ci il tarixdə Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında “Müstəqillik yollarında “ adlı ədəbi- bədii kompazisiya keçirildi. Tədbirdə MKS-nin direktor müavini Gülüstan Rəhimova, Mərkəzi kitabxanın əməkdaşı Bahar Fətəliyeva, Mərkəzi kitabxananın əməkdaşları Leyla İsgəndərli, Aysel Adilqızı, Nisə Əliyeva, Məlahət Cavadova müstəqil Azərbaycanımızın dünəni, bu günü haqqında ətraflı söhbət açdılar. 3 saylı məktəbin şagirdləri müstəqillik gününə həsr olunmuş şerlər söylədilər.

Sevinc VaqifqızıZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu