Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən İlk dəfə səs verəcək gənclər arasında “Sənin səsin-sənin gələcəyin” devizi adı altında təlim keçirilib. Ağsaqqallar Şurası Zərdab Rayon Şöbəsinin, 92 saylı Zərdab-Ucar seçki dairəsinin, Gəncliyə Dəstək və Region Gənclərinin İnkişafına Töhfə İctimai birliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə gənclərə Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən mövzuya uyğun olaraq çap olunmuş “Sənin səsin-sənin gələcəyin” adlı bukletlər paylandı, həmçinin proektor vasitəsi ilə maarifləndirici təqdimat nümayiş etdirildi. Təqdim olunan bukletlər və nümayiş etdirilən təqdimatda seçkilərin əhəmiyyəti, seçki prosesində seçicilərin fəaliyyəti və səsvermə məntəqəsində davranış qaydaları və s. barədə məlumatlar öz əksini tapdı.
Təlimdə iştirak edən nümayəndələrdən Ağsaqqallar Şurası Zərdab Rayon Şöbəsinin sədri Mirağa Bağırov, Gəncliyə Dəstək İctimai Birliyinin sədri Eldar Xəlilov, Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin icraçı direktoru Nicat Rəhimov, həmçinin Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev dövlət gənclər siyasətindən, ölkəmizdə gənclərin inkişafı istiqamətində görülən işlərdən, seçkinin əhəmiyyətindən, seçki günü ilk dəfə səs verəcək gənclərin xüsusi fəallıq nümayış etdirməsi kimi mövzularda çıxış etdilər, mövzulara uyğun olaraq gəncləri maraqlandıran suallar cavablandırıldı.
Sevinc Vaqifqızı