Zərdabda Rayon İcra Hakimiyyəti ilə Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin birlikdə təşkil etdiyi “Psixi sağlamlığımızın qayğısına qalaq” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva açaraq qonaqları və konfrans iştirakçılarını salamlamdı.
Sonra Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva “Müasir insan həyatında psixologiyanın rolu”, Mərkəzin mütəxəssisi Nigar Məmmədova “Yaş dövrləri”, Aygün Mehdiyeva isə “Uşaqlarda nitq qüsurları və onların yaranma səbəbləri” mövzularında məruzələrlə çıxış etdilər.
Daha sonra “Ailə münaqişələrinin yaranması və aradan qaldırılması yolları” və “Stresi necə atmalı” mövzularında treninqlər keçirildi, mövzuya uyğun video slaydlar nümayiş etdirildi.
Treninqlərdən sonra Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən uşaqlar müayinə edildi, onların valideynlərinə məsləhətlər verildi, fərdi psixoloji konsultasiyalar aparıldı.
Sevinc Vaqifqızı