Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Kommunist Partiyasının Zərdab rayon Komitəsinin birinci katibi, sonra isə Salyanın keçmiş icra başçısı işləmiş Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü Nigar Abdullayevaya hökm oxunub.
Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Nigar Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.
N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin Protokol şöbəsinin rəisi olub. N.Abdullayeva 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. O, turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.