Millət vəkili Jalə Əliyeva noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak edəcək.
Bu barədə deputatın özü məlumat verib. Millət vəkili bildirib ki, bu ilki seçkilərə də ötən seçkidə namizədliyini irəli sürdüyü dairədən qatılacaq:“Bitərəf olaraq 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyimi verəcəyəm. Seçicilərimlə keçirdiyim görüşlərim bu addımı atmağa sövq etdi. Düşündüm ki, namizədliyimi bir daha verməliyəm. Amma qalib olub-olmamağım seçki zamanı bilinəcək”.
Jalə Əliyevə seçki ilə bağlı sənədləri artıq hazırladığını qeyd etdi: “Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının qarşısında qoyduğu tələblər var. Hazırda tələblərə uyğun olaraq lazımi sənədləri hazırlamaq üzrəyəm. Yəqin ki, bu günlərdə sənədləri dairə seçki komissiyasına təqdim edəcəyəm”.
Qeyd edək ki, J.Əliyeva 2010-cu ildə keçirilən parlament seçkilərinə bitərəf olaraq 92 saylı Zərdab-Ucar seçki dairəsindən qatılıb və qalib olub. Aznews.az