İnternetdə Zərdab rayonunda çəkildiyi bildirilən yeni video yerləşdirilib. Videonun başlığında Bıçaqçı kəndində çəkildiyi yazılıb. Videoda kənd sakinləri uzunluğu təxminən 2 metr, çəkisi 50 kiloqram olan naxa balığını nümayiş etdirirlər. Balıq o qədər ağırdır ki, onu 3 nəfər birlikdə güclə qaldırır. Qeyd edək ki, Zərdabda bu böyüklükdə naxa balığının ovlanması az-az rast gəlinən haldır. İnternetdə yayılmış videonu oxuculara təqdim edirik.
https://www.youtube.com/watch?v=r-iztCoCzzE