1 iyul 2015-ci il vəziyyətinə Zərdab rayonunda əhalinin sayı ilkin hesablamalara görə 56 min 689 nəfər olub. Zerdab.com saytına bu barədə Zərdab Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, əhalinin 11 min 822 nəfəri şəhər, 916 nəfər qəsəbə, 43 min 951 nəfəri kənd ərazisində yaşayır. Rayon əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir.
Zərdab Rayon Statistika İdarəsi bildirir ki, 2015-ci ilin yanvar-mart ayları ərzində Zərdab rayon ərazisinə gələnlərin sayı 67 nəfər, gedənlərin sayı isə 43 nəfər olmaqla mexaniki artım 24 nəfər təşkil edib. Bundan başqa, həmin müddətdə rayonumuzda 374 doğum, 178 ölum qeydə alınmaqla təbii artım 196 nəfər, ümumi artım 220 nəfər olub: “Bundan başqa hesabat dövründə 205 nigah, 12 boşanma qeydə alınıb. Dövr ərzində 4 nəfər 1 yaşa qədər ölüm halı qeydə alınıb”.
Zerdab.com