Zərdabi ənənələrini ləyaqətlə davam etdirirlər

1
54
İsaməddin Əhmədov
“Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov

“Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədova və qəzetin yaradıcı kollektivinə uğurlar arzulayıram

Mən bu ifadəni dəfələrlə qeyd etsəm də, bu gün yenə təkrarlayıram: “Həsən bəy Məlikov Zərdabda doğulmaqla bu torpağa əbədi şöhrət gətirib”. Bir çox ilklərin müəllifi olan dahi həmyerlimiz həm də Azərbaycan milli mətbuatının banisidir. Zərdabi 1875-ci ilin 22 iyulunda “Əkinçi” adlı qəzeti ərsəyə gətirməklə milli mətbutımızın cığırını açdı və öz xalqına ən böyük xidmətini etmiş oldu. Sonralar qəzetin nömrələri ilə tanış olan mətbuat tarixçiləri bir daha sübut etdilər ki, Zədabi həqiqətən ensiklopedik bir zəka sahibi, mahir jurnalist və pedaqoq, təbiətin və adamların dilini bilən əvəzsiz nəbatat alimi, insanşünas, xalqın milli şüurunu dərindən duyan, hünərli mütəfəkkir və filosof, yorulmaz maarif və işıq carçısı, xalqların, millətlərin sülh, dostluq, qardaşlıq nəğməkarı, həyatını, varlığını, fikir və düşüncələrini bu torpağın, bu xalqın səadətinə qızırqalanmadan həsr edən böyük vətəndaş, müəllim, ictimai xadim, mübariz publisist idi. Və hər vaxt da mətbuat tariximizdə belə qalacaq. Budur, qarşıdan Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi gəlir. Prezident İlham Əliyevin mətbuatın 140 illik yubileyi ilə bağlı sərəncamından irəli gələn tədbirləri həyata keçirmək üçün tədbirlərə məhz Zərdabdan başlandı. Biz bunu çox yüksək dəyərləndirdik və bir daha dahi həmyerlimizlə fəxr etdik. Rayonumuzda qəzetçilik ənənələrinin yaşadılması həmişə diqqət mərkəzində durur. Bu gün milli “Əkinçi” qəzetinin adını və ideyalarını yaşadan yerli “Əkinçi” qəzeti də bizim qürur mənbəyimizdir. Qəzetin redaktoru,  Ali media mükafatı laureatı, 5 kitab müəllifi İsaməddin Əhmədov və müxbirləri ən maraqlı mövzularla oxucu qarşısına çıxa bilirlər. Biz kitabxanaçılar İsaməddin müəllimin vaxtilə Həsən bəy Zərdabinin “Kaspi” qəzetinə rusca yazmış olduğu məqalələrini Azərbaycan dilinə tərcümə edib “Əkinçi” qəzetində çap etdirməsini böyük maraqla izləyir və oxuyuruq. “Əkinçi” nin hər nömrəsi bizim üçün əhəmiyyətlidir .  Qəzetin bütün nömrələrinə böyük zəhmət çəkilir və biliklər ortaya qoyulur. Bütün bunlara görə İsaməddin Əhmədov başda olmaqla “Əkinçi”nin bütün jurnalistlərini qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edirəm. Qələminiz iti olsun!

GÜLXANIM VƏLİYEVA,
MKS-nin 39 saylı şəhər kitabxana filialı

1 comment

  1. Hörmətli İsaməddin müəllim! Sizi və rəhbərlik etdiyiniz kollektivi Milli Mətbuat Günü münasibətilə təbrik edirik. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.Arzu edirik ki,Milli Mətbuatımızın göyərçini olan “Əkinçi”qəzeti maraqlı yazıları ilə daim gündəmdə olsun. Sizlərə bir daha Bayramınız mübarək olsun deyirik.

Comments are closed.