Həsən bəy Zərdabinin şah əsəri “Əkinçi” (Milli mətbuat – 140)
Xalqın maariflənməsinin mümkün olmadığını yaxşı bilən millət fədaisi Həsən bəy xalqı ilə danışmaq, sözünü demək, ideyalarının həyata keçirilməsində əsas vasitə olaraq ana dilində qəzet nəşr etməyin zəruriliyini qarşısına məqsəd qoymuşdu. O dövrdə “doğru söz”ə düşmən olan ictimai quruluşda belə bir proqramla meydana çıxıb qəzet çap etdirmək asan iş deyildi və nəhayət, Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda “Əkinçi” adlı qəzetin Azərbaycan dilində nəşrinə başlayır. Bununla da o, həmin tarixdən etibarən Azərbaycan milli mətbuatının əsasını qoymuş oldu.
“Əkinçi” qəzetinin nəşr olunmasında və fəaliyyət gostərməsində Həsən bəyin böyük məhəbbət və hörmətlə yanaşdığı silahdaşları, Azərbaycanın gorkəmli şəxsiyyətləri M.F.Axundov, S.Ə.Şirvani, N.Vəzirov, Əsgər bəy Adıgözəlov (Gorani) və başqalarının böyük xidmətləri olmuşdur. Bəli, Azərbaycanın belə gorkəmli ziyalıları “Əkinçi”nin ətrafında toplanmışdılar.
Həsən bəy Zərdabi “Əkinçi”nin əsas yazarı olmaqla yanaşı, həm qəzetin naşiri, redaktoru, baş məqalələrin muəllifi və həm də korrektoru, texniki bir işcisi kimi fəaliyyət gostərmişdir.
“Əkinçi” qəzetinin yaradıcısı olan Həsən bəy Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi xalq arasında elmi, mədəniyyəti yaymaq, inkişaf etdirmək, yerlərdə əhali ilə təmasda olmaq və xalqının hərtərəfli tərəqqisinə nail olmaqdan ibarət idi.
Bütün Qafqazda əks-səda doğuran “Əkinçi” Gurcustan, Dağıstan, Özbəkistan və başqa yerlərdə də yayılmağa başladı.
Həsən bəy Zərdabi yazırdı: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” (Secilmiş əsərləri. Bakı, 1960, səh 7.).
Bu ideyaların həyata kecirilməsi üçün yalnız qəzet dilindən istifadə etməyi qarşısına məqsəd qoyan, “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun” deyən Həsən bəy ana dilində “Əkinçi” başlığı altında qəzetin nəşr olunması məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı qubernatoruna gondərdiyi məktublardan, 7 illik ağır əzab-əziyyətdən sonra qəzetin nəşrinə hökumətdən icazə alır.
Həsən bəy Zərdabi “Həyat” qəzetinin 1905-ci il tarixli 129-cu nömrəsində yazır: “Bizim qubernator general Staroselski, doğrudur, xalis rus idi, amma övrəti gurcu qızı idi. Ona gorə Qafqazın yerli əhalisini artıq özunə dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gordu ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özu də boynuna cəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izn aldım”.
“Revolyusiya i kultura” jurnalının 1939-cu il tarixli 6-cı nomrəsində vaxtilə Hənifə xanım Məlikovanın yazdığı “Həsən bəy Məlikov Zərdabinin tərcumeyi-halı” məqaləsində deyilirdi: “Həsən bəy gələcəyə möhkəm umid bəsləyir və bu cur arzular icərisində çırpınırdı. O, qəzet çıxartmaq üçün çalışmağa başladı. Bu qəzet Azərbaycan dilində nəşr olunacaq və kənd təsərrufatı qəzeti olacaqdı. Qəzetin nəşrinə icazə almaq yeddi il cəkdi”.
Zərdabi “Əkinçi” qəzeti vasitəsilə kənd təsərrufatında bir çox məsələlərlə yanaşı, kəndlilərə torpağın elmi qaydada əkilib-becərilməsini, torpaqdan necə və hansı qaydada səmərəli istifadə etmələrinin izahını və şərhini verirdi.
Torpağın məhsuldarlığının artırılması yollarını, torpağın keyfiyyətini və munbitliyini təyin etməyi, yararsız torpaqların yararlı hala salınaraq kənd təsərrufatı dövriyyəsinə cəlb olunması üsullarını, qaydalarını elmi əsaslarla kəndlilərə başa salır və bunun üçün birinci novbədə kompleks torpaq-yerquruluşu tədbirlərinin həyata kecirilməsini tovsiyə edirdi.
Həsən bəy torpağın şumlanmasının hansı qaydada, nə dərinlikdə aparılmasını praktiki olaraq bir cox yerlərdə həyata kecirmiş və ondan laboratoriya kimi istifadə etmişdir. Beləliklə, həmin dövrdə torpaqların qeyri-elmi istismarı nəticəsində munbitliyinin pözulması səbəblərini elmi əsaslarla izah edərək, onların munbitliyinin bərpası yollarını göstərmişdir.
O dövrdə Həsən bəy Zərdabi tam şəkildə torpaqşunaslıq və aqrokimya elmlərinin nəzəri və təcrubi məsələlərini xalqın diqqətinə catdırmış və kompleks torpaq yaxşılaşdırıcı tədbirlərin tətbiqi üçün tovsiyələr irəli surmuşdur.
Bütün bunlarla yanaşı, Həsən bəy o dövrdə Azərbaycanın kənd təsərrufatının inkişafında, torpaqların əkilib-becərilməsində, məhsulun yığılmasında, emalında və eləcə də mustəqil sənaye sahələrinin yaradılmasında və inkişaf etdirilməsində maşın-mexanizmlərin, texnikanın inkişafının və tətbiqinin böyük əhəmiyyətindən, dunya ölkələrində yaranan texniki yeniliklərin öz ölkəsində də həyata kecirilməsi zərurətindən sohbət acaraq, zəngin ideya və fikirləri ilə xalqının zəhmətkeş kutlələrinə bir cox məsələlərin vacibliyini catdırmış, həmcinin milli kadrların hazırlanmasının vacibliyini göstərmişdir.
Bütün bu məsələləri qəzet vasitəsilə xalqına catdıran Həsən bəy Zərdabi “Həyat” qəzetinin 11 yanvar 1906-cı il tarixli 9-cu nomrəsində yazır: “Qəzet camaat üçündur. Camaat qəzet üçün deyildir”.
“Əkinçi” qəzetinin nəşrinə başladığı ilk gündən onun elə bir nömrəsi yoxdur ki, Zərdabi orada kənd təsərrufatına dair kəndlilərə səmərəli, elmi, təcrubi tövsiyələr verməsin. Bu qəzetdə “Kənd əhalisinin fəaliyyəti” adlı xüsusi şöbə yaradaraq burada cap edilən məqalələri yerlərə, zəhmətkeş kəndlilərə çatdırması məhz onun öz elinə, obasına, millətinə, xalqına bağlılığının və dərin məhəbbətinin təcəssumü idi.
“Əkinçi” nəşr olunduğu gundən bağlananadək Həsən bəy Zərdabi çarizmə, köləliyə qarşı barışmaz mubarizə aparmış və rejimin torpaq məsələlərində yol verdiyi haqsızlıqlara, kortəbii hərəkətlərə öz mənfi munasibətini bildirmişdir.
Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi surətdə izləyərək “siyasi cəhətdən təhlukəli və etibarsız” hesab etmişdir. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hokuməti tərəfindən bağlanır, 1878-ci ildə isə Zərdabi gimnaziyadan muəllimlikdən azad edilir. Ümumilikdə götürdükdə, zəngin dünya gorüşünə malik Həsən bəy Zərdabinin çox böyük elmi uzaqgörənliklə nəşr etdiyi “Əkinçi” qəzetinin 1875-1877-ci illər ərzində işıq üzü görən cəmi 56 nömrəsi dövrün elmi-mədəni, ictimai-siyasi, maddi-texniki hadisələrini işıqlandırmaqla, millətin cəhalət yuxusundan oyanmasında tarixi bir hadisə olmuşdur.
Çar hökuməti üçün təhlükəli hesab edilən Zərdabinin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (sonralar Krasnodar) şəhər gimnaziyasına müəllim göndərilmək adı ilə o, Bakı gimnaziyasından uzaqlaşdırılır. Zərdabinin getdiyini eşidən şagirdlərə bu hal çox pis təsir gostərir. Onlar tez-tez, dəstə-dəstə sevimli müəllimlərigilə gəlir və onu yad etməklə, dərin hörmət və rəğbətlərini bildirirlər. Həsən bəy hara gedirdisə, kimə müraciət edirdisə, ona iş verən yox idi. Bu zaman onun həyatında faciə baş verir, üc yaşlı qızı Fatma dünyasını dəyişir və bunun dalınca bir yaşına çatmamış üçüncu qızı da vəfat edir. Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə birgə doğma kəndi Zərdaba köçür. Çar hökumətinin addımları böyük maarifpərvər, demokrat və ictimai-siyasi xadim, torpaq islahatçısı H.Zərdabini öz məqsədindən uzaqlaşdıra bilmir. O, burada məktəb açmaq, təsərrufatla məşğul olmaq fikrinə düşür, lakin orada da ona mane olurlar, hər addımını izləyirlər. Bir tərəfdən də aldığı acı bir xəbər, Şamaxıda S.Ə.Şirvaninin vəfatı xəbəri onu sarsıdır. Sadiq dostunun ölümü Zərdabini qocaldır. Məqsədinə nail ola bilməyən Zərdabi Ucarda məhkəmədə vəkillik etməli olur. 1896-cı ilə kimi Zərdabda yaşayır və 16 il ərzində burada ictimai-siyasi haqsızlıqlara qarşı mubarizəsini davam etdirir.
Dahi maarifpərvər elmə yiyələnməyin başlıca yolunu kənd və şəhərlərdə məktəblərin açılmasında görur. Zərdabdan yuxarı instansiyalara müraciətlər göndərir, məsələ ilə bağlı mətbuatda məqalələr dərc etdirir. 1883-cü ildə “Kaspi” qəzetinin 42-ci nömrəsində “Zərdabda məktəb olacaqdırmı?” adlı məqaləsində yazırdı: “Məni məzəmmət edib deyə bilərlər ki, kənd camaatı məktəb əleyhinə olduğu halda, bu haqda düşünməyə dəyməz. Bu, düz deyildir. Guman edirəm ki, heç bir ağıllı ana uşağını çimizdirərkən onun qışqırtısına məhəl qoymaz. Uşaq çimizdirilməyinin faydasını başa düşmür, ağlayır, dəcəllik edir, lakin bu heç də o demək deyildir ki, onu çirkab içərisində saxlamalı və üzərində heç bir zorakılıq edilməməlidir. Bizim yerli camaatımız da bu cur uşaqlıq vəziyyətindədir, onun maarifin faydasını özu başa duşub qiymətləndirə biləcəyini guman etmək çox darduşuncəlilik olardı”.
Nəhayət, Həsən bəyin bu sahədə çox gərgin fəaliyyətindən, mübarizəsindən sonra, doğma kəndi Zərdabda məktəb açılmasına icazə verilir. Bu sevinci və zəhmətinin bəhrəsi ilə əlaqədar “Kaspi” qəzetinin 1885-ci il tarixli, 91-ci nömrəsində yazırdı: “Nəhayət ki, bizim küçədə də bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaqdır. Deməli, mənim səsim səhrada olduğu kimi, batmayıbdır. Mən mötəbər mənbələrdən bilirəm ki, Zərdabda və İsmayıllıda iki sinifli məktəb açılacaqdır”.
Zərdabini sevindirən ən böyük hadisələrdən biri də o idi ki, ilk ibtidai təhsil aldığı Zərdab kəndində ömrünün müdrik çağında yeni tədris ocağının açılmasına nail olmuşdu.
Zərdabi Zərdabda yaşadığı dövrdə də mətbuatdan kənarda qalmamış, müntəzəm olaraq tənqidi və digər müxtəlif məzmunlu məqalələr yazaraq onları Tiflisdə nəşr olunan “Kavkaz”, “Tifliski listok”, “Novoe obözrenie”, “Ziya”, Bakıda çıxan “Kaspi” və s. qəzetlərdə dərc etdirmişdir.
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin adı, yeri, məqsədi unudulmadı və yaxın keçmişədək “Həyat”, “Kəndçi”, “Kəndli”, “Azərbaycan kolxözçusu”, “Azərbaycan kənd təsərrüfatı”, “Sovet kəndi”, “Bərəkət” və bu günsə müstəqil respublikamızda “Həyat” qəzeti kimi nəşr olunur.
Lakin ömrünün ən müdrik çağında, öz doğma yurdu Zərdabda yaşadığı müddətdə də bir dəstə qaraguruhçu ona imkan verməmişdir ki, Həsən bəy gözəl əməlləri ilə rahat şəkildə məşğul olsun. Ona böhtanlar atılmış, qara yaxılmış, evinə basqınlar edilmiş, taxıl zəmisinə od vurulub yandırılmışdır. Həsən bəy bütün bu çətinliklərə baxmayaraq, Zərdabda yaşadığı illər ərzində əkinçilik, bitkiçiliklə məşğul olmuş, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salmış, təcrubələr qoymuş, yeni meyvə sortları yetişdirmiş, muxtəlif kənd təsərrufatı məhsulları istehsalı ilə məşğul olmuşdur.
Həsən bəy Zərdabda yaşadığı müddətdə ciddi şəkildə kənd təsərrufatı işləri ilə məşğul olurdu. O, Misirdən bitki novləri gətirir, muxtəlif növ bitkiləri bir-birinə calaq edib yeni növlər yetişdirir. Barama saxlayanlar (kümçülər) onun yanına məsləhətə gəlir.
Bu illər (1880-1896) ərzində Zərdabi, həmçinin əkinçilik, toxumçuluq, quşçuluq, arıçılıq, maldarlıq, qoyunçuluq, balıqçılıq və digər sahələrdə əldə etdiyi nailiyyətləri mətbuat vasitəsilə sadə kütlələrə çatdırır, onları qəflət yuxusundan oyadır, Azərbaycanda kənd təsərrufatını kompleks inkişaf etdirməyə çalışırdı.
Bəylərin, mülkədarların əlində cəmləşən torpaqların onların əlindən alınaraq, kəndlilərin xüsusi mülkiyyətinə, istifadəsinə verilməsinə çox ciddi cəhd göstərən Həsən bəy təhqirlərə, təzyiqlərə, hədə-qorxulara məruz qalsa da, kəndli ideoloqu, əsl torpaq işçisi kimi yerquruluşu noqteyi-nəzərindən elmi-huquqi əsaslarla, qorxmazlığı və cəsurluğu ilə qoluzorlulara qarşı çıxmış, torpaq mülkiyyətçiləri, istifadəçiləri arasında naturada mərzçəkmə fəaliyyətində çox mühüm işlər görmüşdür.
Həsən bəy mülkədarlara, ruhanilərə, bütün ağır vergiləri yoxsullara yükləyən qolçomaqlara, yüzbaşılara və pristavlara qarşı amansız mübarizə aparırdı. Çar məmurlarının və yerli torpaq sahiblərinin yerlərdəki zorakılığı haqqında Bakı və Tiflis qəzetlərinə rusca məqalələr yazırdı.
Mülkədarlar və ruhanilər Zərdabinin simasında çox ağıllı düşmənə rast gəldiklərini başa düşmüşdülər. Onlara bəlli idi ki, Həsən bəyi asanlıqla aradan göturə bilməyəcəklər. Odur ki, siyasi fitnəkarlığa əl atmalı oldular. Jandarm idarəsi yenidən Həsən bəy haqqında böhtan və iftiralar yaymağa başladı. Bu dəfə onun düşmənləri yazırdılar ki, guya Həsən bəy rus hökumətinin əleyhinə işləyir və ümumiyyətlə, bu şəxs rus mədəniyyətinə düşməndir. Böhtanlar o qədər ağır və gözlənilməz idi ki, Həsən bəy bunu eşitdikdə uzun müddət özunə gələ bilməmişdi. Axı o, bütün ömrü boyu rus mədəniyyətinin yorulmaz və ardıcıl təbliğatçısı olmuşdu. Rus dilini öyrənənləri “kafir” adı ilə damğalayan, Həsən bəyə məhz buna görə, rus mədəniyyətini sevdiyinə görə nifrət edən ikiüzlü ruhanilər öz nadanlıqlarını Həsən bəyin adına yazırdılar.
Tədqiqat aparmaq üçün Zərdaba gəlmiş qubernator tezliklə bunların böhtan olduğunu aydınlaşdırır. Həsən bəyə yaxın olmayan bir sıra varlılar da onun həmişə rus mədəniyyətini öyrənməyə dəvət etməsini təsdiqləyirlər. Lakin bütün bunlara baxmayaraq, qubernator Bakıya qayıtdıqdan sonra şəhərdə olduğu kimi, kənddə də onu ciddi surətdə nəzarət altına aldırmış, bir an belə rahat buraxmamışdı ki, asudə nəfəs alsın.
“Kaspi” qəzetinin 1887-ci il tarixli 125-ci nömrəsində oxuyuruq:
“Zərdabda Həsən bəy Məlikov adlı bir şəxs yaşayır. O, universitet qurtarmış, uzun müddət xalq maarifi nazirliyi sistemi uzrə işləmiş və axır vaxtlar nəyə gorə isə qulluğu buraxıb təsərrufatla məşğul olur. Ziyalı, həssas bir şəxs olan Həsən bəy Məlikov yerli əhalinin qolçomaqlardan ağır iqtisadi asılılığını dərk edərək, hər yerdə və hər cur əlverişli şəraitdə kəndlilərin hüquq və vəzifələrini təkidlə və səbrlə onlara başa salır ki, bu da kənd müftəxorlarının və ümumiyyətlə, bulanlıq suda balıq tutmağı sevənlərin hamısının xoşuna gəlmir. Həsən bəydən narazı olan bu adamlar onu Zərdabdan çıxarıb qovmaq üçün dəridən çıxırlar və bunun üçün hər cür alçaq vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bu çirkin vasitələr içərisində ən başlıcası, onların ən çox sevdiyi böhtanlardır, donoslardır ki, bunlar Həsən bəy haqqında demək olar ki, hər bir poçta ilə Bakıya dolu kimi yağır”.
Gərgin fəaliyyət, ağır əmək və mübarizə şəraitində keçən həyat tərzi Zərdabinin səhhətinə təsir etməyə bilməzdi. 1896-cı ildə Həsən bəy iflic olur və bir müddət xəstə yatır.
Kənddə yaşadığı dövrdə yoxsul kəndlilərlə yanaşı, Bakıda fəaliyyət göstərən ziyalı dostları tez-tez onu yad edir və Bakıya dəvət edirdilər. Zərdabi “Kaspi” qəzetinin 1889-cu il tarixli 229-cu nomrəsində yazırdı: “Zəhmətkeş kəndlinin dostu olmaq üçün, kəndlilər arasında olmaq, onların həyatını yaşamaq, onların kədəri ilə kədərlənmək, onların sevinci ilə sevinmək lazımdır”.Lakin yaranmış movcud vəziyyət, xəstəlik, eyni zamanda, oğlanları Midhəd, Səffət bəyin, qızları Pəri, Qəribsoltan xanımın təlim-tərbiyəsinə xüsüsi diqqət və qayğı gostərmələri, Həsən bəyi və Hənifə xanımı Bakıya qayıtmağa vadar edirdi.
İnsani duyğulara, zəngin dünyagorüşunə malik olan Həsən bəy Ucarda vəkillik xidmətindən çıxandan sonra 1896-cı ildə ailəsi ilə birlikdə Bakıya qayıdır və burada daha qaynar həyata atılır. Onun Bakıda olmadığı 16 il ərzində şəhərdə çox böyük dəyişikliklər baş vermiş, dövrun müasir fikirli gənclər nəsli yetişmişdi. Zərdabi Bakıya qayıdışından sonra ömrunun axırınadək “Kaspi” qəzetinin əməkdaşı və muvəqqəti redaktoru sifəti ilə fəaliyyət gostərərək demokratik fikirli ideyaların həyata keçirilməsi məqsədilə elmi məqalələrini dərc etdirmişdir. Həsən bəy Zərdabinin yaxından iştirakı ilə 1898-ci ildən etibarən rus-tatar məktəbləri açılmağa başlayır. Onun böyük köməkliyi sayəsində 1906-cı il avqust ayının 15-də Azərbaycan müəllimlərinin I qurultayı çağrılır. O, həmin qurultaya sədrlik edir. Görkəmli ictimai-siyasi xadim Həsən bəy Zərdabi on il müddətində Bakı Dumasının üzvü kimi müxtəlif vəzifələrdə, 1905-ci ildən isə maarif şöbəsinin rəisi vəzifəsinə təyin olunaraq, ömrünün axırına kimi bu vəzifədə çalışmış, öz milləti və xalqı üçün misli görünməmiş dərəcədə xidmətlər göstərmişdir.
Zərdabinin cəsarətli, alovlu çıxışları Bakı Şəhər Duma rəhbərliyinin və əksər Duma üzvlərinin ürəyincə deyildi. Onlar daim ədibi qorxutmağa, “qaydanın pözulmasına gorə” təqsirləndirməyə çalışırdılar. Bütün bunlara baxmayaraq, Həsən bəy bütün çatışmazlıqları, vəzifədən sui-istifadə və rüşvətxorluq hallarını kəskin tənqid edirdi.
Həsən bəy Zərdabinin “Kaspi” qəzetinin 1907-ci il tarixli 264-cü nömrəsində dərc olunan yazıda onun xalqının, el-obasının maariflənməsi yolunda necə çalışdığını anlatmaq üçün, ölum yatağında dediyi sözlərə diqqət yetirək: “Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar!”.
1907-ci ilin noyabrında Həsən bəy Zərdabi sonuncu dəfə yatağa düşdü. İflic və damar sklerözu bir-birinə qarışmışdı. Noyabrın 28-də sübh çağı onun halı pisləşir.
Həsən bəy övladlarını oxudub arzusuna çatmışdı. Onlardan razı idi. Böyük oğlu Midhəd bəy Almaniyada ali təhsil alıb qayıtmışdı, Səffət realnı məktəbdə oxuyurdu. Qəribsoltan təhsilini davam etdirirdi, ərə getmiş Pəri xanım Topcubaşova isə atasının yanında idi. Lakin Həsən bəyin bir dərdi vardı, o, bütün xalqın savadlanmasını görməmiş ölürdü.
Həsən bəy Zərdabi 1907-ci il noyabr ayının 28-də Bakıda vəfat edir. Azərbaycan ziyalılarının “mənəvi atası” saydığı Həsən bəyin vəfatı xalqını hədsiz dərəcədə kədərləndirir. Onun vəfatı umumxalq matəminə çevrilir, dəfn mərasimində azərbaycanlılarla yanaşı, Bakıda yaşayan digər xalqların nümayəndələri də iştirak edir, bu dahi insanı son mənzilə yola salarkən onunla vidalaşmağa gəlir və Zərdabi təntənəli surətdə dəfn olunur.
Həsən bəy Zərdabi 1905-ci ildə “Həyat” qəzetinin 115-ci nömrəsində yazırdı: “Nə etməli? Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir. Axırda gördüm ki, mənim sözümü eşidənlərdən heç biri qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysaq, bir neçə il sonra o su tökülməkdən bərk daş mürurla əriyib deşilər. Qəzet çıxarmaqdan başqa bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Sonra düşmənin düşmənliyi, dostluğu və dost göstərən doğru yolun doğruluğu aşkar olar”.
Lakin zaman keçdikcə böyük düha sahibi Həsən bəy Zərdabinin vətəninə, torpağına, elinə-obasına bağlılığı, onda olan dərin məhəbbət hissi artıq insanların qəlbində özunə yer tapmışdı. Bəli, o, yalnız Azərbaycan ziyalılarının “mənəvi atası” yox, eyni zamanda millətin mənəvi atası idi. Çünki Həsən bəy xeyriyyə cəmiyyəti yaratmaqla yoxsul, kasıb təbəqənin uşaqlarını oxutdurmağı, bütövlükdə isə xalqın savadlanmasını, irəli getməsini arzulayır və bu yolda əlindən gələni əsirgəmirdi. O, erməniləri misal gətirərək “Həyat” qəzetinin 25 noyabr 1905-ci il tarixli 107-ci nömrəsində ürək ağrısı ilə yazırdı ki, Bakıda ermənilərin cəmiyyəti-xeyriyyəsi 40 il bundan əvvəl açılıb. O vaxt Bakıda bir neçə yüz erməni yaşayırdı. Əsl Bakı ermənisi isə 10-15 evdən artıq deyildi. Doktor Rustamyan adlı bir erməni xeyriyyə cəmiyyəti yaradıb nizamnaməsini təsdiq etdirdi və şəhərdə yaşayan bütün erməniləri bir yerə toplayıb məqsədi açıqladı. Hamı bacardığı qədər pul verib qəbz aldı. O vaxt Bakıda üc Qarabağ ermənisi eşşəklə su daşıyıb satırdı. Sonra onlardan ikisi milyonçu oldu. Üçüncü Karapet isə gəlib Rustamyandan soruşur ki, bu pul nə üçün yığılır? Cavab verirlər ki, fəqir-yetim erməni uşaqlarını oxudacağıq. Karapet bunu eşidən kimi baldırına bağladığı dəri pul kisəsini 1000 manatı Rustamyana uzadıb deyir: mənim övladlarım yoxdur, ermənilərin hamısının uşaqlarını mən özumə övlad hesab edirəm.
Zərdabi daha sonra yazırdı: “1871-ci ildə mən də bizim müsəlmanlar üçün belə bir cəmiyyəti-xeyriyyə nizamnaməsini tərtib edib və bir necə qeyri adamlara da qol çəkdirib” təsdiq elətdirdim. Amma mənim çağırışıma nə ki, bir qeyri müsəlman, hətta ərizəyə qol çəkənlər də gəlmədi.
Daha sonra Həsən bəy üzünü xalqa tutaraq: “Qardaşlar, bizim və qonşularımız ermənilərin indiki halına baxıb diqqət edin. Onda görərsiniz ki, otuz dörd ilin müddətində onlar bizdən nə qədər irəli gediblər. Bəs deyilmi?”
Həsən bəy Zərdabi elm, təhsil almağın faydasından “Əkinçi”də dəfələrlə yazaraq saz-söz adamlarından, şairlərdən xahiş edirdi ki, bülbül və gülü təriflədikləri yetər, bir-birlərinə həcv yazdıqları bəsdir, indi “biz müsəlmanlara olan zülmlər barəsində şeirlər yazıb əhalini oyatmağa səbəb olsunlar. Bizim qonşularımız ermənilər belə şeirlər ilə çox işlər görürlər. Onların küçələrində gözləri kor, əlində tar aşıqları, bir uşaq qolundan tutub qapı-qapı gəzdirir. Onlar Ermənistanın keçmişdə olan xoş və yaman günlərindən, Osmanlı dövlətinin elədiyi zülmlərdən şeirlər oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı birdən qalxıb bir adam kimi iş görürlər. Məgər bizim belə olmağımız günahdır?!”
Əlavə şərhə ehtiyac yoxdur. Təkcə onu demək istərdik ki, “Əkinçi”də fəhlə işləyən erməni Mnasov və başqaları Həsən bəydən vaxtaşırı donoslar yazmaqla və üzünə durmaqla axırda qəzetin bağlanmasına nail oldular.
Həsən bəy dəfn olunan gün matəm günü elan olunur, bütün məktəblər, dükanlar bağlanır, əhali dərin bir hüznlə onu son mənzilə yola salmağa gəlir.
Azərbaycan opera sənətinin banisi Uzeyir Hacıbəyovun kicik qardaşı ilk professional musiqi təhsilli Azərbaycan ziyalısı, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası sahəsində tanınmış tədqiqatcı, istedadlı publisist, gözəl nasir, “Kaspi” qəzetinin nüfuzlu əməkdaşlarından olan Ceyhun bəy Hacıbəyovun (1891-1962) ən böyük ideallarından biri Həsən bəy Zərdabi idi.
O, Həsən bəy Zərdabini vətənə, xalqa təmənnasız xidmətin ən bariz nümunəsi hesab edir və onu ordu başcısına bənzədirdi. Bu ordunun silah altında olan əsgərləri sayca az olsa da, onların uzaqvuran güclü ideya topları vardı ki, onun ilk nişançısı Həsən bəy Zərdabi özu idi.
C.Hacıbəyov Həsən bəy Zərdabini şəxsən tanıyır, onu özünun mənəvi müəllimi hesab edirdi. Hacıbəyov 1911-ci ildə yazdığı kitabını Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovaya xitabən yazmışdı: “Müəllif öz kiçik əsərini əziz müəlliminin həyat yoldaşı Hənifə xanım Məlikovaya həsr edir”.
C.Hacıbəyov qeyd edirdi ki, “Zərdabi çoxlarının edə bilmədiyini etmişdir. Bu, onda öz şəxsi mənafeyini ictimai mənafeyə qurban vermək kişiliyi idi. Həsən bəyin həyatı da, ölumü də cəmiyyətə qurban getmişdir”.
Ceyhun Hacıbəyov əziz müəllimi Zərdabinin keçdiyi həyat yolunu işıqlandıraraq müasirlərini ondan, onun bütün nəsillər üçün nümunə ola biləcək həyatından öyrənməyə, ona layiq olmağa, onun kimi yaşamağı bacarmağa çağırırdı. C.Hacıbəyov yazırdı: “Rəhbər öləndə onun ordusunu yetimlik, kimsəsizlik hissi bürüyür, başçısını itirən qorxaqlar meydandan qaçmağa üz qoyurlar. Elə hal da olur ki, rəhbərin ölümü əsgərləri vahiməyə salmır, əksinə, onlarda belə bir səfərbəredici, ruhlandırıcı hiss oyadır: rəhbər onlar üçün müqəddəs olan ideyalar uğrunda həlak olmuşdur. Bu hiss orduda guclu ruh yüksəkliyi yaradır və ordu psixoloji cəhətdən cuşa gələrək rəhbərin uğrunda həlak olduğu işi axıra çatdırır”.
O dövrdə Bakıda çıxan qəzetlər onun haqqında nekroloq və s. materiallar dərc etmiş, həmkarları onun fəaliyyətinə çox yüksək qiymət vermiş, vəfatının milləti üçün ağır itki olduğunu dönə-dönə qeyd etmişlər.
Həsən bəy Zərdabinin dəfn mərasimində iştirak edən “Kaspi” qəzetinin əməkdaşlarının gətirdikləri əklilə bağlanmış lentin uzərində bu sözlər həkk olunmuşdu: “Müfəkkir işçiyə “Kaspi” mətbəəsinin fəhlələri tərəfindən. Cismən öldüsə, fikrən yaşayır”.
Hənifə xanım Peterburqdan, Tiflisdən, Şamaxıdan, Zərdabdan başsağlığı məktubları alırdı. Şamaxılılar mərhumun əziz xatirəsinə şəhər məktəbində bir yetim uşağı öz hesablarına oxutmağı qərara almışdılar.
“Kaspi” qəzetinin 1907-ci il tarixli, 266-cı nomrəsində “Kohnə yoldaşın xatirəsi” başlıqlı məqalədə Həsən bəy Zərdabinin əvvəlki və 1896-cı ildə Zərdabdan qayıtdıqdan sonra Bakıdakı fəaliyyəti belə şərh olunur: “Həsən bəy Məlikov Bakıya elə bir vaxtda gəlmişdi ki, o vaxt Bakı şəhərdən çox kəndə bənzəyirdi, onda gələcək yeraltı milyonlar barəsində arzu etmək belə mümkün deyildi. Əgər Həsən bəy öz qüvvə və bacarığını çoxları kimi şəxsi var-dovlət yığmağa sərf etsəydi, indi biz onun cənazəsini bu kasıb daxmacıqdan deyil, dəbdəbəli saraylardan götürərdik. Lakin onu dəfn etməyə çox adam gəlsə də, biz onların arasında yüzlərcə gözləri yaşlı bu məsum uşaqları görməzdik. Həsən bəy milyonlar yığmaq üçün deyil, bax bu uşaqların səadəti üçün yaşamış və yaratmışdır; onun xalqdan, vətəndən ayrı həyatı olmamışdır. Uzun illər ərzində o özünəməxsus bir dəyanət və cəsarətlə şəhər Dumasında özbaşınalığa qarşı, şəhərin dağıdılmasına qarşı, Duma maşını arxasında öz vicdanları ilə alver edənlərə qarşı təklikdə mərdanəliklə vuruşmuş, onun ifşaedici səsini heç bir vasitə ilə boğa bilməmişlər. Bununla da o, zəiflərin şuarı olan “tək adam döyuş meydanında əsgər ola bilməz” misalını rədd etmişdir”.
Həsən bəyin vəfatı münasibəti ilə onun ailəsinə hər tərəfdən başsağlığı teleqramları göndərilmiş, ölümü kədərlə anılaraq haqqında məqalələr yazıl – mışdır.
O, xalq arasında nə qədər məşhur, nə qədər böyük nufuz sahibi idi ki, vəfatından sonra, 1907-ci ilin dekabrında şəhər Duması Bakı şəhər 2 nömrəli Rus-tatar məktəbinə onun adının verilməsi və Moskva Universitetində onun adına təqaüdün təsis olunması barədə qərar qəbul etmişdi.
Lakin bütün bunlara baxmayaraq, vətəninə, xalqına misilsiz tarixi xidmətləri olan Zərdabi şəxsiyyəti nəinki sağlığında, hətta ölümündən sonara da layiqli qiymətini almamışdır.
Ölümündən xeyli sonra, 1914-cü ildə “Kaspi” qəzetində Qriqori-Cinoridze tərəfindən yazılmış məqalənin bir hissəsi bu gun də aktual səslənir. Orada yazılmışdı: “Bu gun mədəni-maarif sahəsində ilk müsəlman pioneri Həsən bəy Məlikovun vəfat etməsindən yeddi il keçir.
Bakı müsəlmanlarının alovlu çıxışlarla təntənəli surətdə öz xadimlərini dəfn etdikləri gündən yeddi il kecir. Bəs nə oldu? Bu çıxışlardan nə qaldı? Elə bil onları həmin gün külək aparıb.
Həsən bəy təntənə ilə basdırıldı. Qəzet və jurnallar bundan sonra daha iki-üc gun onun bioqrafiyasını və portretini dərc etdilər. Və müsəlman cəmiyyəti mərhumu tamamilə unutdu.
Biz nəinki Həsən bəyin heykəlini ucaltmadıq, hətta onun qəbri üstünə adi qəbir daşı qoymaq istəyən həyat yoldaşına da kömək etmədik; nəinki onun xatirəsini əbədiləşdirmədik, adını unutmağa çalışdıq; nəinki onun ailəsinə qayğı göstərmədik, əksinə, ona əlavə qəm-qussə, kədər gətirdik. Hətta, vəhşi insanlar öz rəhbərinin qəbrini bəzəyirlər. Bizdə, görünür, vəhşilik dövrü keçib, amma mədəni dövr hələ gəlməyib”.
Bu gün müstəqil Azərbaycanımızda “Kaspi” qəzeti ictimai-siyasi qəzet olaraq Həsən bəy Zərdabi ənənəsinə, ideyasına uyğun şəkildə fəaliyyət gostərir.
Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. Azərbaycanın müstəqilliyinin qorunması, onun inkişafı, xalqın gələcəyi naminə var qüvvəsini sərf edən, dünyanın ən müdrik və uzaqgörən siyasətçilərindən sayılan, son otuz ildə respublikamızın bütün sahələrdə surətlə tərəqqi etməsində sonsuz dərəcədə böyük xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə torpaqlarımızın əsl sahibi mövqeyindən çıxış edən “Əkinçi”nin 125 illiyinin və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2005-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi bir əhəmiyyət kəsb etməklə yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütovlükdə Azərbaycan ziyalıları ilə yanaşı, dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin qeyd edilməsi ilə bağlı dahi mütəfəkkirin doğma yurdu Zərdabdan start götürən tədbirlər bölgələrmizdə yüksək səviyyədə qeyd edilir. Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi “Əkinçi”nin yubileylərinin daima keciriləcəyinə zəmanət verməklə, “Əkinçi” qəzetinin naşiri, redaktoru, eyni zamanda, texniki işçisi və korrektoru, milli mətbuatımızın banisi olmuş Həsən bəy Zərdabinin əziz xatirəsinin yad edilməsi, onun ruhunun şad olması deməkdir.