Zərdab rayonunun Pərvanlı kəndində yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Kənddə 4900 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 274 evə sayğac quraşdırılmış, qaz pilətələrinin quraşdırıldığı məsafəyə qədər xətt çəkilmişdir.
Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, artıq bununla rayonun 15 yaşayış məntəqəsində vətəndaşlar təbii qazdan istifadə edəcəklər. Hazırda rayonun daha 11 yaşayış məntəqəsində qazlaşma işləri davam etdirilir. Qeyd edilmişdir ki, Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışının təşkili istiqamətində ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən yaxın illərdə rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla təmin ediləcəkdir.
Kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişdirlər.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Açılış mərasimində “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Kərbəlayev İbrahim iştirak etmişdir.
Salam
Comments are closed.