Zərdabda maşın vuran velosipedçidən xəbər var

0
50

qəzaZərdabda minik maşınının velosipedçini vurması barədə xəbər vermişdik. Belə ki, Ağcabədi rayon sakini 1975-ci il təvəllüdlü Piriyev Rövşən Yaqub oğlu idarə etdiyi “Mercedes” markalı minik maşını ilə velosipedçi, rayonun Qoşaoba kənd sakini 1982-ci il təvəllüdlü Qasımov Tahir Vaqif oğlunu vurub. T. Qasımov Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Yaralının yaxın qohumu, həmyerlimiz Ramin Ağayev “facebook” sosial şəbəkəsində – Zerdab.com səhifəsində öz qeydlərini bölüşüb: “Qəzaya düşən mənim yaxın qohumumdur. Vəziyyəti ağır olsa da, yavaş-yavaş düzəlir, inşallah. Günahın kimdə olduğunu müvafiq orqanlar müəyyən edəcək. Hər halda sürət yüksək olub, bu isə qəzanın birinci səbəbidir. Allah xəstəyə şəfa versin”.

Zerdab.com