Zərdabda maşın velosipedçini vurdu: yaralının vəziyyəti ağırdır

0
41

qezaZərdabda minik maşını velosipedçini vurub. Zerdab.com saytı xəbər verir ki, Rayon Polis Şöbəsinin yaydığı məlumata görə, hadisə Zərdab şəhərində baş verib. Belə ki, Ağcabədi rayon sakini 1975-ci il təvəllüdlü Piriyev Rövşən Yaqub oğlu idarə etdiyi “Mercedes” markalı minik maşını ilə velosipedçi, rayonun Qoşaoba kənd sakini 1982-ci il təvəllüdlü Qasımov Tahir Vaqif oğlunu vurub. Nəticədə Tahir Qasımov ağır bədən xəsarətləri alıb. Hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, bəzi media orqanlarında T. Qasımovun hadisə yerindəcə dünyasını dəyişməsi barədə xəbər yayılıb. Lakin Zerdab.com-a verilən son məlumata görə, T. Qasımov ölməyib, vəziyyəti ağırdır. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.