
23 iyun Azərbaycanda Dövlət Qulluğu Günüdür. 2006-cı ildən Azərbaycanda ilk dəfə dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub. Prezident İlham Əliyev BMT-nin Baş Assambleyası tərəfindən iyunun 23-nün Dövlət Qulluğu Günü elan olunmasını nəzərə alaraq bu barədə müvafiq sərəncam (25 may 2006) verib.
Dünən isə Prezident İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Zerdab.com saytı xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndi rəhbər tutularaq dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslər təltif ediliblər. Təltif edilənlər arasında həmyerlimiz Feyzullayev Rəhman İbrahim oğlu da var. Azərbaycan Prezidenti Rəhman Feyzullayevi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırıb. Qeyd edək ki, R. Feyzullayev Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışır. O, bu vəzifəyə bir neçə ay öncə təyin olunub. Ondan öncə isə Rəhman Feyzullayev Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışırdı. Həmyerlimizi təbrik edirik.
Zerdab.com
Rəhman müəllim , yüksək intellektiniz və gözəl qəlbiniz həqiqətən təltifə layiqdir . Sizi bu medala layiq görənlərə ürəkdən təşəkkür edirik !
Hörmətli Rəhman müəllim! Sizi ” Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməyiniz münasibətilə təbrik edirik. Siz həqiqətən bu mükafata layiqsiniz.Sizə yeni uğurlar arzulayırıq.
Comments are closed.