Zərdab rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə partiya fəallarının yığıncağı keçirilib. Yığıncaqda Yeni Azərbaycan Partiyası rayon təşkilatının şura üzvləri, ilk partiya təşkilatı sədrləri, inzibati ərazi vahidləri üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və YAP-ın 280 nəfər fəalı iştirak edib. Yığıncaqda Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev də iştirak edib. Təşkilatdan www.zerdab.com saytına daxil olan məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova “Yeni Azərbaycan Partiyası ümummillli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir” mövzusunda məruzə ilə çıxış edib. Sonra ilk partiya təşkilatlarının fəaliyyəti barədə məlumat dinlənilib, onlara müvafiq tapşırıqlar verilib və metodiki köməkliklər göstərilib. Sonda Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edib.
www.zerdab.com