Bu kənd rayon mərkəzindən 18 kilometr qərbdə yerləşir. Heyvandarlıq, quşçuluq, taxılçılıq, bostançılıq, baramaçılıq, yemçilik, meyvəçilik bu kənddə əsas məşğuliyyət növləri hesab olunur. Bir zamanlar kənd Kür çayının çox sərt burulub axan, indi isə axmağa çevrilən sahilində yerləşir. Bu əyriliyə coğrafi anlamda burun-burunlu deyilmişdir. Kənddə orta məktəb, klub, kitabxana və sairə var. Burunlu Zərdabda məskunlaşan dörd Müskürlü tayfasından biri olduğu üçün bir zamanlar Burunlu Müskürlüsü də adlandırılmışdır. Zəngilanda və indiki Ermənistanın Sisyan rayonunda da Burunlu adında kənd olub. Sisyandakı burunlu kəndinin ilk sakinləri 1918-ci ildə ermənilər tərəfindən qarət edilib yurdlarından qovulmuşdular.
Ərazisi 925 hektar
Əhalisi 576 nəfər
Dogma kendimiz…
Zərdab yekdir. Alıbəyli.
Comments are closed.