Terrorçu olan müsəlmanlıq vəsfini itirər

0
42
duaMüsəlmanlar arasından terrorçu çıxmazmı? – Çıxar, amma müsəlmanlıq vəsfini itirər. 
Ona həqiqi müsəlman demək olmaz. Axı eləsinə necə həqiqi müsəlman deyə bilərsən ki? Müharibənin belə müəyyən qanunları var, sizinlə savaşırlarsa, siz də savaşırsınız. Savaşmayan insanla savaşmazlar. İnsanlığın İftixar Tablosu müdafiə məqsədiylə girməyə məcbur olduğu müharibəyə başlamadan əvvəl öz ordusuna belə buyurardı: “Məbədlərə sığınmış insanlara toxunmayın, qadınlara toxunmayın, uşaqlara toxunmayın…” Sevimli Peyğəmbərimizin ən səhih, ən mötəbər hədis kitablarında bildirilən və qaynağı Qurandan gələn bu əxlaqıı, bu qaydaları, bu təlimləri indiki bu insanların elədikləri ilə bir araya gətirmək mümkün deyil. Dinin ən dəqiq və qısa tərifi belədir: “İnsanları öz iradə və ixtiyarları ilə yalnız xeyrə sövq edən ilahi qanunlar məcmusu”.

Elə düşünürəm ki, bu düşüncə ən inkişaf etmiş demokratiyadan daha demokratik, daha ədalətlidir. Bəli, dinin tərifi budur. Müsəlman da dinin bu tərifinə, düsturuna boyun əymək məcburiyyətindədir.

Cənabi-Haqq uca dini İslamın yenidən könüllərimizə taxt qurmasını bu millətə lütf eyləsin! Hər kəsə qarşı hörmətlə davranmalıyıq, hər düşüncəyə anlayış göstərməliyik, amma birmənalı şəkildə qəbul etməliyik ki, müsəlmanlığın haqsız yerə cana qıymaqla, terrorla, məsum insanların canına qıymaqla heç bir əlaqəsi yoxdur, ola da bilməz. Cənabi-Haqq könüllərimizi hikmətlə nurlandırsin, abad eləsin! Bizi buyurduqlarına zidd olan hər cür hal və hərəkətlərdən qorusun! Peyğəmbəranə ömür yaşamağı, Peyğəmbərimizin yolunda yaşamağı, Onun yolunda yaşayanların yolunda yaşamağı… Cənabi-Haqq hər birimizə nəsib və müyəssər eyləsin!