İnsanın hüquq və azadlıqlarının qorunması dövlətin vacib məsələlərindən biridir. Hər bir insan irqindən, cinsiyyətindən, dilindən, dinindən,mülkiyyətindən, siyasi və digər baxışlardan asılı olmayaraq insan haqlarına və azad yaşamaq hüququna malikdir. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18–dən iyunun 18–dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Bu sözlər İnsan hüquqları günü ilə əlaqədar Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında “Şərəf və ləyaqətin qorunması şəxsi həyatın toxunulmazlığıdır” başlığı altında təşkil olunmuş tədbirdə MKS-nin direktoru Nailə Əliyevanın giriş nitqində səsləndi. Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları Leyla İsgəndərli “Şərəf və ləyaqətin qorunması şəxsi həyatın toxunulmazlığıdır”, Leyla Eldarzadə “18 iyun İnsan hüquqları günüdür” və Aysel Adilqızı “Sağlam ailə cəmiyyətin təməlidir” mövzularında çıxış edərək Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması yolunda dövlət tərəfindən əhəmiyyətli tədbirlərin görüldüyünü xüsusi vurğuladılar. Tədbirin gedişatında Mərkəzi Kitabxananın əməkdaşları Gülüstan Rəhimova, Mehparə Əhmədova, Gülzar Qasımova, Cəmalə Feyzullayeva, qonaq qismində iştirak edən MKS-nin 37 saylı şəhər kitabxana filialının kitabxanaçısı Fərqiyə Rəsulova və 39 saylı şəhər kitabxana filialının kitabxanaçısı Gülxanım Vəliyeva mövzu barədə öz fikirlərini bildirdilər.