Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda tanınmış yazar, şairə, həmyerlimiz Sevil Gültənin yeni kitabının təqdimat mərasimi keçirilib. Zerdab.com saytının məlumatına görə, “Uşaqlıq illərimin şəkilləri” adlanan kitabda müəllifin son illərdə mətbuatda çap olunmuş esseləri toplanıb. Esselərin mövzuları rəngarəngdir. Kitabı müəllifin iç dünyasına səyahət də adlandırmaq olar. Kitab “Qanun” Nəşriyyatında çap olunub, redaktoru Əziz Rzabəylidir. Təqdimat mərasimində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya elmləri namizədi, yazıçı Səyyad Aran Azərbaycanın məşhur göz həkimi, professor, incə ruhlu şair Paşa Qəlbinur, “Qafqaz-Media” İctimai Birliyinin rəhbəri Azadə Taleh, Azərbaycanın tanınmış tənqidçisi Əsəd Cahangir və digər tanınmış, nüfuzlu ziyalılar, şairlər, yazıçılar iştirak ediblər. Zerdab.com saytı təqdimat mərasimindən fotoları təqdim edir.