Başqalarına yük olmaq

0
49
həyat eşqiAdam var ki, başqalarını özünə borclu hesab eləyir. Elə düşünür ki, hər kəs onun xidmətində durmalı, əmrinə müntəzir olmalıdır. Buyurmağı çox sevir, sağında-solunda hərəyə bir iş buyurur. Buyurduğu bir azca gecikən kimi səsi düz-dünyanı götürər. Ünvanına nə qədər xoş söz söyləsən, “bəsdir” deməz. Gərək hər şeyin əlası onun olsun.
Adam da var ki, kimsədən təmənnası yoxdur. Başqalarına yük olmaq istəməz. Hay-küy salmaz, problem çıxarmaz. Hər şeyin azına qane olar. Ehtiyaclarının minimum səviyyədə ödənməsindən məmnun qalar. Tərifi xoşlamaz, elədiyi yaxşılıq üçün təşəkkür gözləməz. Bəlağətli vədlərdən qaçar, danışanda üz-gözündən utancaqlıq yağar.

İnsanlar cürbəcür olurlar. Bu cürbəcür insanların da bir qismini insanlar sevər, bir qismini də görəndə üz turşudarlar. İnsanları sevəni Allah da sevər, insanların haqlı olaraq üz çevirdiyini Allah da məyus edər.