İsaqbağı kəndinin qəbristanlığında bir lövhə var

0
49

qəbirİndi kəndimizin qəbristanlığında bir lövhə var. O lövhənin üzərində Böyük Vətən müharibəsində həlak olmuş və ya itkin düşmüş həmkəndlilərimizin adları yazılıb. Bu lövhə qəbristanlığı ziyarətə gələn hər kəsin diqqətini cəlb edir. Lövhəni görənlər həmin əsgərləri bir daha xatırlayır, ruhlarına dua edirlər. Kənd sakinləri və adları o lövhəyə yazılan 25 şəhidin əzizləri bu lövhənin təşəbbüskarı— kəndimizdəki tam orta məktəbin müəllimi hacı Fikrət İsmayılova minnətdardırlar.
Abdulla MURADOV, İsaqbağı kənd sakini.

Mənbə: “Əkinçi”.