Zərdabda nə ovlamaq olar?

0
56

qanunsuz ovAzərbaycan Respublikası ərazisində 2015-2016-cı illər üçün ov mövsümü may ayının 30-dan etibarən açıq elan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, respublika ərazisində Dağıstan turunun (təkə) (Zaqatala, Şəki, Qax, Quba, İsmayıllı, Oğuz ərazilərində), qabanın (Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı ərazilərində), dovşanın (Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı ərazilərində), bataqlıq qunduzunun, cüllütün (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla), qazın (ağ qaş və qırmızı döş qaz istisna olmaqla),

ördəyin (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla), qaşqaldağın ovlanmasına icazə verilir.

Birdəfəlik ov icazəsinin qiyməti isə Dağıstan turu (təkə) üçün 24 manat 75 qəpik, qaban (çöl donuzu) üçün 16 manat 50 qəpik, dovşan üçün 2 manat 20 qəpikdir. Ovçular cüllüt ovlamaq üçün 31 qəpik, ördək üçün 99 qəpik, qaşqaldaq üçün 31 qəpik, qaz üçün 2 manat 53 qəpik ödəməlidirlər.

Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentindən, ərazi ekologiya və təbii sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurortların ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.