Sağlığında bir ağac bağışlasaydı…

0
39
agacBirisi vəsiyyət edir ki, öləndə onun namazını Rəsulullah qılsın, sonra da qalan xurma bağlarını kasıblar arasında bölsün. Onun bu vəsiyyətini Rəsulullaha çatdırırlar.
 Rəsulullah mərhumun bu vəsiyyətini yerinə yetirir və bir neçə gündən sonra xurma bağlarını kasıblar arasında bölməyə gedir. Hər dəfə bir bölgünü bir kasıba verdikcə, yanındakılardan biri “görün mərhum nə xoşbəxt adamdır” deyir. Nəhayət, Rəsulullah onun bu sözlərinə cavab olaraq: “Xeyr, o sizin dediyiniz qədər də xoşbəxt deyil. O indi ölüb və bu bağlar da onun iradəsindən çıxıb. Ölümündən sonra bu bağı bağışlamaqdansa, sağlığında bir ağacı bir kasıba bağışlasaydı, daha yaxşı olardı”,- buyurur.