Həsən bəy ensiklopedik zəka sahibi , mütəfəkkir bir alimdir . O , 1865 –ci ildə Moskva Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Təbiət elmləri şöbəsini elmlər namizədi dərəcəsi ilə bitirmişdir . Əslinə qalsa , Zərdabi bioloq idi . Lakin Zərdabinin elmi görüşlərindən bəhs edilərkən onu biologiyanın çərçivəsi ilə məhdudlaşdırmaq düzgün olmazdı . Həsən bəy Zərdabi MDU-nun rəhbərliyinin ona qalıb , orada işləmək təklifinə rədd cavabı verir və Tiflisdə “ Mərzləmə Palatası”na “ məhkəmə üzvü “ vəzifəsinə təyin olunur , Bakı qəza idarəsində ” masa rəisi “ vəzifəsində çalışır , Qubaya Barışıq məhkəməsində işləmək üçün katib vəzifəsinə təyinat alır , bir çox yerlərdə vəkillik edir. Bu , Həsən bəyin hüquq sahəsində dərin biliyə malik olmsından xəbər verir .
Zərdabi həm də görkəmli dövlət və ictimai xadim idi , XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyinin carçısı və bayraqdarı idi. Zərdabi iqtisadiyyat və kənd təsərrüfatı üzrə çox ciddi ideyalar , layihələrin müəllifi olmuşdur. Zərdabi astronom alim , təbib idi . Onun əsərlərində coğrafiya və geologiyanın , ekologiyanın , torpaqşünaslığın müxtəlif sahələrinə aid çox qiymətli biliklər yer tutmuşdur .
Bundan başqa Bakı Şəhər Dumasının üzvü , Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçılarından biri , neçə-neçə məktəb komissiyalarının sədri və ya üzvü olmuşdur .
Əlbəttə , heç unutmaq olmaz ki , Həsən bəy Azərbaycan milli mətbuatının banisi , “ Əkinçi “ qəzetinin yaradıcısı və cəfakeşi , böyük publisist və jurnalist idi . Zərdabinin xalqı maarifləndirməyin , onu cəhalət və nadanlıq buxovlarından azad etməyin , tərəqqi və inkişaf yoluna dəvət etməyin qüdrətli vasitələrindən biri kimi seçdiyi məhz mətbuat idi .
Zərdabinin dövründə yaşamış , onunla Bakı Şəhər Dumasının iclaslarında iştirak etmiş , eyni bir qəzetin – “ Kaspi “nin redaksiyasında birgə çalışmış , Zərdabinin doğması və Zərdabinin də doğma olduğu ( Əlimərdan bəy Topçubaşov Zərdabinin böyük qızı Pəri xanımla ailə həyatı qurmuşdu ) Əlimərdan bəy Topçubaşov Zərdabi haqqında “ Əkinçi “ qəzetinin 50 illiyinə həsr olunmuş “ Azərbaycan mayakı “ adlı məqaləsində yazırdı ki , “ Əkinçi “nin nəşr olunduğu dövr- XIX əsrin ikinci yarısı çar Rusiyasının ən müdhiş dövrlərindən biri idi. Bu dövrdə Zaqafqaziyanın müsəlman əhalisi ağır zülmə və təqiblərə məruz qalırdı . Əlimərdan bəy Topçubaşov öz məqaləsində göstərir ki , Şərqi Zaqafqaziyanın müsəlmanlarının vəziyyəti xüsusilə ağır və dözülməz idi . Onlar öz ölkələrini adı ilə – “ Azərbaycan “ adı ilə , özlərini isə azəri türkləri adlandırmağa cəsarət etmirdilər , deməyə qorxardılar ki , onlar türk mənşəli xalqdırlar , onların da nəinki dini , eyni zamanda əqli , elmi-təhsil , iqtisadi ehtiyacları vardır . “ Əkinçi “ qəzetinin tənqidi ruhunu başa düşmək üçün Əlimərdan bəy Topçubaşovun bu fikirləri olduqca qiymətlidir .
Əlimərdan bəy Topçubaşov “ Azərbaycan mayakı “ adlı məqaləsində daha sonra yazırdı :
-“Əkinçi “ ! Bu sözü ürək döyüntüsüz və həyəcansız dilə gətirmək çətindir . Bu sözdə hər bir azərbaycanlı… üçün nə qədər müqəddəslik var . “Əkinçi “ müstəqil Azərbaycan üçün , onun dili , xalq mahnıları , poeziyası , tarixi üçün gözəl emblemdir. “ Əkinçi “ bütün Azərbaycan xalqının təsviri və ona tərif verilməsidir , onun enerjisinin , onun azad əməyə məhəbbətinin ,onun edeya və ideallarının təzahürüdür !
“Əkinçi “ və Həsən bəy Məlik-Zərdabi , Həsən bəy Məlik-Zərdabi və “Əkinçi” tarixdə və xalq yaddaşında bir-biri ilə o qədər birləşmiş və bağlıdırlar ki , onları bir-birindən ayırmaq mümkün deyildir . Onlar birlikdədirlər və bölünməzdilər . Azərbaycandan söhbət getdikdə və daim onu xatırladıqda onlar Azərbaycanın və bütöv Qafqazın mədəniyyəti və maarifinin , siyasi və iqtisadi inkişafının tarixində fəxri yerlərdən birini tutmağa layiqdirlər.
Daha sonra Əlimərdan bəy göstərir ki , “Əkinçi”nin yaradılması Həsən bəyin öz xalqına pionercəsinə xidmət göstərməyinin kulminasiya nöqtəsi idi , “ Əkinçi “ Zərdabinin ucaltmış olduğu xilasedici mayakdır , şücaət və qəhrəmanlıqdır .
… Böyük mütəfəkkir , görkəmli hüquqşünas , Azərbaycan Xalq Demokratik Cumhuriyyətinin ilk spikeri Əlimərdan bəy Topçubaşovun bəhs etdiyimiz bu , çox dəyərli fikirləri ilk milli mətbuatımız və onun fədakar yaradıcısı Həsən bəy Zərdabinin tarixdə pozulmaz iz qoyduğu və qızıl hərflərlə yazılmış xidmətinin bir səhifəsidir . Sadəcə bir səhifəsi… Çünki dahi həmyerlimizim “… dünyagörüşü indiyə qədər təsəvvür edildiyindən daha geniş və zəngindir … Professor İzzət Rüstəmov”
TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.
Bir kitabxanaçı olaraq mən milli qəzetimizin tarixi ilə çox maraqlanmışam , əldə etdiyim ədəbiyyatları diqqətlə oxumuşam. Bilirəm ki , ” Əkinçi ” də XIX əsr Azərbaycan maarifçiliyini , ictimai-siyasi , fəlsəfi , ədəbi fikir tarixini öyrənmək baxımından çox qiymətli informasiya , məlumat toplanmışdır . Qısa ömürlü ” Əkinçi ” eyni zamanda XIX əsrdə Azərbaycanda cərəyan etmiş ictimai-siyasi proseslərin, o cümlədən XX əsrin özünün mənzərəsini-portretini yaratmaq baxımından qiymətli mənbədir.
Hörmətli Tərlan xanım!Sizin milli mətbuatımızın banisi,görkəmli ictimai xadim, təbiətşünas alim Həsən bəy Zərdabi irsinin araşdırılmasında gördüyünüz işlər məni bir Zərdablı kimi mənən ruhlandırır.Sevinirəm ki,Zərdabi yurdunun sizin kimi övladları var. H.Zərdabi irsi bu gün də həyatımızla, məişətimizlə birgə səsləşir. Böyük ədibin etnoqrafik irsinin zənginliyi, gücü və aktuallığı da zənnimizcə, onun müasirliyində, bu günümüzlə ayaqlaşmasındadır.Çox gözəl, maraqlı və dəyərli məqalənizə görə kollektivimiz adından siizə təşəkkür edirik. Sizə həyatın ən gözəl neməti can sağlığı,yaradıcılığınızda yeni uğurlar arzulayıram. Biz zərdablılar sizinlə fəxr edirik.
Əziz Mehparə xanım , mənimlə bağlı bu , çox dəyərli fikirlərinizə görə şəxsən Sizə , eyni zamanda bütün kollektivinizə ürəkdən minnətdaram . İnanın ki , bir yazar üçün bu sözlərdən qiymətli heç nə ola biməz . Təkrar təşəkkür edirəm . Çox-çox minnətdaram . Sağ olun , var olun.Allah Sizlərdən razı olsun.
axsaminiz xeyir olsun..hormetli Terlan xanim mende size uzun omur can sagligi arzu edirem ve isinizde ugurlar dileyirem,Terlan xanim men Sara xanimin nevesiyem Elsen.. bakida qalan Serxan beyin oglu,men sizinle gorusmek isterdim nece goruse bilerem ? diqqetinize gore tesekkur edirem.,hormetli Hesen Bey Zerdabinin qardasi Neveesi..
Biz zərdablılar dahi həmyerlimiz Həsən bəy Zərdabi ilə həmişə fəxr etmişik . Allah-təala Azərbaycanımıza iki böyük şəxsiyyət – Heydər Əliyev və Həsən bəy Zərdabini bəxş etmişdir . Çox qürur duyuruq ki Həsən bəy Zərdabda doğulmuşdur.
Hər vaxtınız xeyir olsun , çox hörmətli Elşən İsayev ! Mən Sizin qeydlərinizi indicə gördüm . Həsən bəy Zərdabinin qardaşı nəvəsi- hesab edirəm ki , bütün zərdabisevərlər üçün maraqlı bir həmsöhbət ola bilər . O cümlədən mənim üçün də . Mən “Əkinçi ” qəzetində işləyirəm . Redaksiya üçmərtəbəli inzibati binada yerləşir .
Comments are closed.