Zərdabın futbol üzrə çempion komandası məlum oldu – FOTOLAR

0
44

Zərdab-futbol1
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol idman növü üzrə rayon çempionatına yekun vuruldu. Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının, Zərdab Rayon Gənclər və İdman İdarəsinin və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol idman növü üzrə rayon çempionatına yekun vuruldu. Gərgin mübarizələr və maraqlı qarşılaşmalarla yadda qalan Rayon Polis Şöbəsinin və Xanməmmədli kənd komandasının yarışdığı final oyununda birinci və ikinci hissələrdə qapılara top vurulmadı. Oyunun əsas vaxtına əlavə olunmuş ikinci 15 dəqiqədə Rayon Polis Şöbəsinin komandası 2-0 hesabı ilə üstünlük əldə edərək çempionatın qalibi adını qazandı.
Çempionatın bağlanış mərasimində iştirak və çıxış edən Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri Pərvin Mahmudova və Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev qalibləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzu etdilər. Qeyd edək ki, 1-ciyeri tutmuş Rayon Polis Şöbəsinin komandasına kubok, pul mükafatı və diplomlar, ikinci yeri tutmuş Xanməmmədli kəndinin komandasına pul mükafatı və diplomlar, həmçinin çempionatda iştirak etmiş komandalara müxtəlif nominasiyalar üzrə diplomlar təqdim olundu. Qalib olmuş komandaları çempionatın təşkilatçıları adından təbrik edirik.

Zərdab Rayon Gənclər və İdman İdarəsiZərdab-futbol2Zərdab-futbol5Zərdab-futbol6Zərdab-futbol4Zərdab-futbol5