Zərdabda faşizm üzərində qələbənin 70-ci ildönümü qeyd olundu

0
68

Zərdab rayonuZərdab şəhərində, Kür çayı sahilindəki Qələbə meydanında 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə ümumrayon mərasimi keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış abidə kompleksi önünə, sonra isə Zərdab rayonundan olan Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü önünə gül dəstələri qoymuşlar.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev mərasimdə çıxış edərək bildirmişdir ki, İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli bir dövr olmuşdur. Müharibə illərində xalqımız həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərmişdir. Bu qəhrəmanlar arasında zərdablılar da çox olmuşdur. Müharibədə Zərdabdan 3384 nəfər iştirak etmiş, onlardan 1407 nəfər geri dönməmişdir. Həmyerlilərimiz olan Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Muradalı Heydərov isə “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə təltif edilmişdir. 2011-ci ildə o, Prezident təqaüdünə layiq görülmüş, daha sonra pulsuz minik avtomobili ilə təmin edilmişdir. Natiq qeyd etmişdir ki, ölkəmiz hazırda müharibə şəraitində olmasına baxmayaraq dövlətimizin başçısı bütün insanlara, xüsusilə, müharibə veteranlarına, onların sosial problemlərinin həllinə yüksək diqqət və qayğı göstərir. “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2015-ci il tarixli Sərəncamı ilə veteranlara 800 manat, arxa cəbhədə çalışanlara 400 manat vəsaitin verilməsi də bu diqqət və qayğının əyani təzahürüdür. Ali Baş Komandanımızın Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğı hər bir azərbaycanlını ürəkdən sevindirir. Bizim Ermənistanı susdurmağa qadir ordumuz var. Lakin inanırıq ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi cənab İlham Əliyevin müdrik siyasəti ilə sülh yolu ilə öz həllini tapacaqdır.

Daha sonra icra başçısı cənab Prezidentin 02 fevral 2015-ci il tarixli sərəncamı ilə 70 illik yubiley medalı ilə təltif edilmiş müharibə veteranlarına həmin medalları təqdim etmişdir.

Mərasimdə çıxış edənlər müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişdirlər.

Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

Zərdab Rayon İcra Hakimiyyəti

 Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu