Avropa Oyunları ölkəmizə nə verəcək?

0
50
region gəncləri1“Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi (RGİTİB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə uğurla həyata keçirilən “Azərbaycan Olimpiadada, Olimpiada Azərbaycanda” adlı layihəsinin icrası ölkəmizin 5 coğrafi məkanında baş tutdu.
Zərdab, Göycay, İsmayıllı, Qəbələ rayonlarında və Şəki şəhərində kecirilən təlimlər gənclərin yüksək fəallığı ilə yadda qaldı. “Bakı 2015” Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyəti, bu beynəlxalq tədbirin ölkəmizə verəcəyi faydaları, oyunlar zamanı ölkəmizə gələn xarici qonaqlarla gənclərin ictimai davranış qaydalarına riayət etmələri və Azərbaycanın olimpiya tarixi və cənab prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən bü günkü günədək ölkə idmanın keçdiyi uğurlu yolları barədə gənclərə ətraflı məlumatlar verildi.
RGİTİB-in icraci direktoru Nicat Rəhimovun rəhbərliyi ilə baş tutan təlimlərdə iştirakçılara mövzuya uyğun çap olunmuş bukletlər, üzərləri yazılmış köynəklər və papaqlar paylanıldı. Mövzuya uyğun hazırlanmış foto slayt vasitəsi ilə iştirakçıları ətraflı məlumatlandıran təlimçi Rasif Qaçayev gəncləri maraqlandıran digər sualları cavablandırdı. Tədbirlərdə Rayonların İcra Hakimiyyəti Başcisi Aparatlarının məsul işciləri və Gənclər və İdman İdarələrinin rəisləri iştirak və cıxış etdilər. Təlimlərdə iştirak edən gənclərdən əlavə rayonlarda gənclərinin sıx toplaşdığı yerlərdə mövzuya uyğun cap olunmuş maarifləndirici bukletlərin paylanılması təmin olundu…region gəncləriregion gəncləri4region gəncləri3