Rayon Mədəniyyət evinin nəznində fəaliyyət göstərən “Veteranlar klubu” və 39 saylı şəhər kitabxana filialının təşkilatçılığı ilə şəhərimizdəki 3 mərtəbəli inzibati binada yerləşən idarə müəssisə və təçkilatların iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci il dönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Mərasimi klubun sədri Sevinc Hüceynova açaraq, Ulu Öndərin mənalı ömür yolundan söhbət açdı. 39 saylı şəhər kitabxana filialının kitabxanacisi Gülxanım Vəliyeva “Parlaq həyat həmişə qəlbimizdədir” başlıqlı məruzə ilə çıxış etdi.
Zərdab Notariat Kontorunun aparıcı əməkdaşı Tural Əhmədov müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev haqqında ürək sözlərini söylədi.
Tədbirdə kitabxananın fəal oxucuları Ulu Öndər Heydər Əliyevə aid şerlər səsləndirdilər.
“Veteranlar klubu”nun mədəni təşkilatçısı Günay Əhədova